Şrift:
MİLLİ DÜNYAGÖRÜŞ VƏ DEMOKRATİYA
22.06.2012 [13:18] - DAVAMın yazıları
Şakir Ulubey
Milli dünyagörüş, XALQ HƏRƏKATININ gələcəyə,irəliyə,demokratiyaya doğru şanlı yürüşünün ilhamverici zəka işığıdır.


Biz dəfələrlə qeyd etdik və bir daha qeyd etməyi lazım bilirik ki, milliyətçi dünyagörüş dedikdə on doqquzuncu əsrin ikinci on illiyində Alamaniyada baş verən prosesləri əks arqument kimi bizə nümunə göstərməsinlər. O proses irqi bir ideologiya idi,ari irqinin aliliyini,dünya ağalığını təmin etmək üçün təbliğ olunurdu.
O prinsiplərlə bizim Hərəkatın milliyəttçi baxışları tamamilə fərqli anlayışlardır. Fransada,İtalyada,İngiltərədə cəmiyyətlər bu mərhələdən keçəndən sonra demokratik idarə etmə sistemi yaradıb,cəmiyyətdə xalqın hakimiyyətini bərpa ediblər.
İndi bizim iqtidar cənabları anlamaq istəmirlər ki,bu represiya əlamətləri,zora əsaslanan idarə etmə,istər siyasi rəqabətin təbii oyun qaydalarının pozulması,iqtisadi rəqabətin qanunsuz yola aparılamsı cəmiyyətimizdə əxalqsız bir tendensiyanın təməlini qoyur.
Siyasi hakimiyyət uğrunda mübarizə aparan rəqiblərədə çox ağır miras qoymaqla,özlərindən sonra,cəmiyyətdə demokratik sistemin tətbiqinə də mane olurlar.
Nə üçün bizim hakimiyyətdə olanlar milli düşüncə,və demokratiya tələb edənlərdən qorxurlar,və bu ruhda olan insanları kənarlaçdırırlar. Çünki milli düçüncə ilə demokratik prinsiplər, təbiətin təkamül qaydalarının azad oyunun qurulmasını təmin etdiyindən,bu oyunda rəqabətə davam gətirməyəcəkləri səbəbindən onlar mövcud reyimin dəyişdirilməsini istəmirlər.
Külli miqdarda sərvəti qeyri qanuni yolla mənimsəmiş məmurlar,rejimin dəyişdiriləcəyi təqdirdə,daha istedadlı insanların hakimiyyətə gəlib demokratik sistem yaradarlarsa,bu sistemə uyğunlaşa bilməyib ifals olacaqlarından qorxurlar.
Milli düşüncə sahibi olmadan demokrat ola bilməzsən.Əgər kimsə milli düşüncəni qəbul etməyib,mən demokratam deyirsə,sadəcə o şarlatanlıq etmiş olur və o cür eqoizmi ilə demokratik dövlət qurmaq olmaz.Bəzilərinə elə gəlir ki,kosmopolit,beynəlmilçi,olmaq demokrat düşüncəyə daha da yaxınlaşmaq deməıkdir.Əksinə əgər sənin milli düşüncən yoxdursa,deməli sən heç bir millətin milli duyğularına sayqı ilə yanaşa bilmərsən.Yalnız milli düşüncəyə sahib insanlar,digər millətlərin milli duyğularına ehtiramla yanaşar və bu isə demokratik cəmiyyətllərin təməl prinsipini təşkil edəın amillərdən biridir.
O adamlara yalnız bir nümunə göstərərdim,bu gün hakimiyyətdə,milliyətçi düçüncədən uzaq,beynəlmiləlçi və kosmopolit insanlar cəmləşiblər.Əgər bu düşüncə ilə demokratiya qurmaq mümkündürsə niyə qura bilmirlər. Qurmaq istəmirlərsə deməli onlarda milli dünyagörüş,milli mənfe,millət təəsübkeşliyi çatmır.
Tayfabazlıq,regionçuluq, orta əsrlər düçüncəsinin əlamətləridir.
Milli dünyagörüş, XALQ HƏRƏKATININ gələcəyə,irəliyə,demokratiyaya doğru şanlı yürüşünün ilhamverici zəka işığıdır.
Cəmiyyətimizin inkişafı, milli ruhlu,qərb dəyərlərinin daşıyıcısı olan peşəkar mütəxəssislərin idealist düşüncəsinin təcəssümündən intişar tapacaqdır.
Çox tezliklə Azərbaycanda doğan demokratiya günəşi, xalqımızın əsrlərlə apardığı azadlıq mübarizəsinə töhfə olacaqdır.
Bu xəbər oxucular tərəfindən 1369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed