22.06.2012 [13:19] - Güney Azərbaycan xəbərləri
Apelyasiya Məhkəməsi (Dadqah-i təcdide nəzər) azərbaycanlı milli-mədəni fəal Mehdi Deyhəmi barədə çıxarılan həbs qərarını qüvvədə saxladı.Sözdə Millətçilik və pantürkizmi dəstəkləməklə sistemin əleyhinə təbliğdə günahlandırılan Deyhəmi, İnqilab məhkəməsi tərəfindən 5 ay həbsə məhkum edilmişdir. Lakin Şərqi Azərbaycanın Apelyasi məhkəməsi həbs qərarını 3 ay 1 gün müddətinə azaldıb.Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2011-ci il avqustun 30-u (1390-cı il şəhrivərin 8-i) Urmu Gölü ilə bağlı keçirilən kütləvi yürüşlər zamanı Qoşaçay şəhərində tutuqlanıb və 8 gün saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 1208 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |