Şrift:
“Wikipedia”da Gəncənin İmamzadə türbəsi haqqında özbək dilində məqalə yerləşdirilib
07.02.2018 [10:54] - Türk dünyası-Turan, Mədəniyyət
“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Gəncənin İmamzadə türbəsi haqqında özbək dilində geniş məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə İmamzadə türbəsinin şəhərin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsi olduğu qeyd edilir. Bildirilir ki, bu türbə el arasında Göy günbəz və Göy məscid (Göy İmam) kimi tanınır. Kərpicdən tikilən türbənin ətrafında kiçik məscidlər, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılıb. İmamzadə türbəsi bu kompleksin ən qiymətli abidəsidir. Türbənin hündürlüyü 12, günbəzin hündürlüyü 2,7, diametri isə 4,4 metrdir.

Qeyd edək ki, layihə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya təminatı ilə həyata keçirilir.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 540 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed