08.02.2018 [10:20] - Afişa
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci il üçün daha bir yeni səhnə əsərinin məşqləri start götürüb.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, teatrın yaradıcı heyəti böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşada çıxış edəcəklər.
Yeni səhnə əsərinin quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar - İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva , Aydın Dəmirov canlandıracaqlar.
Tamaşanın premyerası aprel ayında reallaşacaq.

Bu xəbər oxucular tərəfindən 863 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |