Şrift:
Türkdilli ölkələrin vahid əlifbasının yaradılması üçün xüsusi qrup yaradılmışdır
23.06.2012 [11:25] - Türk dünyası-Turan
Türkdilli ölkələrin vahid əlifbasının yaradılması üçün alimlərdən ibarət xüsusi qrup yaradılmışdır.
Bu sözləri jurnalistlərə açıqlamasında TürkPA baş katibi Ramil Həsənov demişdir.
TürkPA baş katibi bildirmişdir ki, rəhbərlik etdiyi qurumun humanitar və sosial məsələlər komitəsinin iclaslarında ortaq əlifba ilə bağlı məsələ qaldırılmış və həmrəylik nümayiş olunmuşdur.
Ramil Həsənov bu istiqamətdə konkret işlərin həyata keçirilməsi üçün elm adamlarından ibarət qrupun yaradıldığını və artıq araşdırılmalara başlandığını demişdir.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed