Şrift:
Türkiyə şirkəti gələn ilin əvvəlindən Azərbaycan Silahlı Qüvvələrinə reaktiv mərmilər göndərməyə başlayacaq
19.10.2011 [15:51] - Hərb
Türkiyənin ROKETSAN şirkəti 2012-ci ilin əvvəllərindən Azərbaycan Silahlı Qüvvələrinin sifarişi üzrə reaktiv mərmilərin göndərilməsinə başlayacaq.

Bu barədə APA-ya açıqlamasında ROKETSAN şirkətinin baş direktoru Hüseyn Baysak məlumat verib.

H. Baysakın sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin sifarişi əsasında gerçəkləşəcək ixracat üçün istehsal prosesinə başlanıb.

Şirkət rəhbəri Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə müştərək istehsal layihələrinin müzakirə olunduğunu da qeyd edib: «Biz səfər zamanı öz təkliflərimizi Müdafiə Sənayesi Nazirliyinə təqdim etdik. Ümid edirəm ki, bir sıra məhsulların birgə istehsalını qurmağa və onları Bakıda istehsal etməyə nail olacağıq».

H. Baysak əlavə edib ki, ilk mərhələdə Azərbaycanla 107 və 122 mm çaplı reaktiv raketlərin birgə istehsalı planlaşdırılır. Bu raketlərin mühərrikləri Türkiyədə ROKETSAN tərəfindən istehsal olunacaq. Sonra isə Bakıda MSN-in istehsalı olan qəliblərə yerləşdiriləcək. Sonrakı mərhələdə isə 122 mm-lik raketlərin atılması üçün xüsusi raket buraxılış sisteminin Azərbaycan tərəfi ilə bir yerdə istehsalına baxılacaq.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında 107 və 122 mm-lik raketlərin birgə istehsalına dair protokol 2011-ci ilin fevral ayında Abu-Dabi şəhərində İDEX sərgisi çərçivəsində imzalanıb.
Bu xəbər oxucular tərəfindən 1363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed