23.06.2012 [12:10] - Güney Azərbaycan xəbərləri
Yunis Ağayanın ailəsi xəbər agentliklərinə bildiriblər ki, onun edamı barəsində yayılan xəbərlər doğru deyil.
Edama məhkum edilmiş Əhli-haqq təriqətinə mənsub azərbaycanlı məhbus 8 ildir Urmu şəhərinin zindanında saxlanılır. O, iyunun 20-də (xordad-ın 31-də) Mahabadın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edilib. Onunla birlikdə saxlanılan məhbuslar isə Ağayanın zindanın karantininə köçürüldüyü və edam edildiyini düşünüblər və bununlada edam şayiəsi yayılıb. Lakin Ağayanın öz ailəsi ilə telefon əlaqəsi saxlaması bütün şayiələrə son qoyub.
Qeyd edək ki, Yunis Ağayan 2004-ci il Qoşaçayın Üçtəpə kəndində Əhli-haqq (Ələvi) təriqətinə mənsub bir neçə soydaşımızla polis qüvvələri arasında baş verən silahlı qarşıdurmada tutuqlanıb və edama məhkum edilmişdir.
Beynəlxalq Əfv Təşkilatı 2009-cu ilin aprel ayında İran hökumətindən istəyib ki, Yunis Ağayan barədə çıxarılan edam qərarı ləğv edilsin və digər məzhəblərə aid mərasimlərinin keçirilməsinə şərait yaradılsın.

Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |