23.06.2012 [12:14] - Hərb
Türkiyənin Hatay bölgəsində bu ölkəyə məxsus hərbi təyyarə ilə əlaqə kəsilib. Türkiyənin “Huriyyet” qəzetinə istinadən verilən məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
“Malatyanın Erhaç meydanından havaya qalxan hərbi təyyarə bu gün günorta saatlarında Hatay bölgəsinin cənub-qərbində dəniz üzərində radarlardan itib” - deyə, açıqlamada qeyd olunub.
Qeyd edək ki, hadisə ilə əlaqədar dərhal axtarış-xilasetmə işlərinə başlanılıb.
Bu arada təyyarənin Hatay bölgəsinin Samandağ kəndinin cənubunda Suriya sahillərindən 8 mil aralı düşdüyü məlum olub. Bu bölgədə axtarış işlərinin həyata keçirilməsi üçün Suriyadan icazə alınmasına çalışılır.

Bu xəbər oxucular tərəfindən 1111 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |