Şrift:
Obamanin müşaviri: “İran danışıqların uğursuzluqla nəticələnməsindən qorxmalıdır”
23.06.2012 [12:23] - Gündəm
““Altılıq” ölkələri İranla aparılan növbəti uğursuz müzakirə ilə bağlı daha sərt mövqe tutmalıdır”.Bunu ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın Yaxın Şərq üzrə müşaviri Denis Ross deyib. O bildirib ki, Moskva görüşünün nəticəsiz başa çatacağını əvvəlcədən hiss edib: ““Altılıq” ölkələri İranın nüvə probleminin addım-addım həll yolundan uzaqlaşaraq, daha sərt mövqeyə keçməlidir. Tehrana lazımi cavab verməyincə, elə zənn edəcək ki, hələ zamanı var. Əsas məsələ odur ki, Tehran müzakirələrin nəticəsini qəbul etməyə hazırdırmı? İran dinc məqsədlər üçün atom enerjisindən istifadə edə bilər. Lakin onun davamlı inkişafı ilə məşğul olmamalıdır. Tehran bu şərti qəbul etməsə, deməli problemin həllində diplomatiyanın köməyi olmayıb.

Fikrimcə, ən yaxşı həll yolu diplomatik cəhdlərin perspektivini (çeşməndaz) artırmaqdır. İran bilməlidir ki, biz məsələnin diplomatik yolla həllinə çalışırıq. Bununla belə, müzakirələrin uğursuzluqla nəticələnməsindən də qorxmuruq. Bundan İran qorxmalıdır”.
Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed