09.02.2018 [11:08] - Gündəm, Bildiriş
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün “boz ay” adlanır.
Azərbaycanda kiçik çillənin çıxmasına az müddət qalıb. Fevralın 20-dək davam edən kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir. Ümumiyyətlə "Çillə" sözü - ağrı, acı, çətinlik, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq ağrıdan, acıdan çıxmaq deməkdir. Kiçik çillə xalq arasında Böyük çillədən fərqli olaraq çətin dönəm kimi anlaşılır. Bununla bağlı inanclar, folklor mətnləri var. Amma bu il Azərbaycan ərazisində, o cümlədən Bakıda havalar hələ ki mülayim keçir.
Maraqlıdır, kiçik çillə nə zaman özünəməxsus xüsusiyyətləri biruzə verəcək?
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlama verib. O bildirib ki, əslində müşahidə olunan hava şəraiti normaldır:
“Bir neçə gündür ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 7-8 dərəcə isti qeydə alınır. Bu da iqlim normasına yaxın və bir-iki dərəcə yüksəkdir. Əvvəlki illərlə müqayisə edəndə fevral ayı bundan da isti olub. Məsələn, 2002-ci ildə Bakıda 23, 5 dərəcə isti qeydə alınıb. Və ya 2004-cü ildə 19,4 dərəcə, 2016-cı ildə 18,7 dərəcə isti qeydə alınıb. Yəni bundan da isti fevral ayları müşahidə edilib. Bu proseslər fevral ayı üçün xarakterikdir. Baxmayaraq ki, temperatur normadan bir-iki dərəcə yüksəkdir, ancaq qeyd etdiyim kimi normaldır. Elə illər olub ki, fevral ayında yaxud elə qış aylarında heç qar da yağmayıb. Yaxın 2-3 gün ərzində temperatur rejimində ciddi dəyişiklik gözlənilmir”.
Baş hidroloq qeyd edib ki, yaxın günlərdə qar yağacağı gözlənilmir:
“Fevralda adətən ayrı-ayrı bölgələrimizdə qar müşahidə edilib. Ancaq ilkin proqnozlara əsasən, yaxın günlər ərzində-bu həftənin sonu, gələn həftənin əvvəllərində qar yağacağı gözlənilmir. Bakıda sadəcə olaraq ayın 9 və 10-da yağış yağma ehtimalı var. Fevralın 9-da axşam saatlarında qısa müddətli yağış gözlənilə bilər”.
Qeyd edək ki, xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, yanvarın 31-dən fevralın 1-nə keçən gecədən Azərbaycan ərazisində qışın oğlan çağı başlayıb. Bu təqvimlə qışın oğlan çağı – kiçik çillə fevralın 20-dək davam edəcək. Fevralın 20-də isə kiçik çillə çıxıb, öz yerini “boz ay”a verəcək. Martın 20-də daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək və bahar fəsli başlayacaq.

Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |