Şrift:
Səlim Babullaoğlu Türk Ədəbiyyatı Vəqfinin Azərbaycandakı təmsilçisi seçilib
09.02.2018 [11:15] - Türk dünyası-Turan
Türk Ədəbiyyatı Vəqfi mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bu qurumun Azərbaycanda fəxri təmsilçisi təyin olunub.

Səlim Babullaoğlu açıqlamasında deyib: “Türk Ədəbiyyatı Vəqfi görkəmli Türkiyə yazıçısı, jurnalisti Əhməd Kabaklı tərəfindən təsis edilmiş qurumlarındandır. Təşkilat “Türk ədəbiyyatı” dərgisi ilə 50 ilə yaxındır oxucularının görüşünə gəlir. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi mən xalqların ədəbiyyatlarının yaxınlaşması və mübadiləsi işi ilə məşğul olmuşam. İndi isə fəaliyyətim yəqin ki, türkdilli xalqların ədəbiyyatları istiqamətində daha dərin və əsaslı xarakter alacaq...”.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed