Şrift:
“Gənc Beyin” layihəsi Bakı və region gənclərini bir araya gətirir
09.02.2018 [11:20] - Gənclik
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Gənc Beyin” layihəsi reallaşdırılır.

Təşkilatdan bildiriblər ki, Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi, “ASAN Könüllüsü” Həsənxan Həsənxanlının rəhbəri olduğu layihənin əsas məqsədi gənclərdə özünəinam hissinin, liderlik xüsusiyyətlərinin formalaşdırılması, nitq qabiliyyətlərinin inkişafı və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdir. Gənclər arasında psixoloji gərginliyi nəzərə alaraq layihə çərçivəsində gənclərimizin psixi sağlamlığının qorunması və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə yönəlmiş psixoloji təlimlər də keçiriləcək. Layihə Bakı və regionlarda yaşayan gəncləri əhatə edəcək, bir çox fərqli mövzularda təlim və seminarlar təşkil olunacaq.

Artıq Bakı və Gəncə şəhərlərində, həmçinin Masallı rayonunda iştirakçılarla görüşlər keçirilib. İlk təlim Bakı şəhərində reallaşıb. Təlimçi Atəş Musazadə tərəfindən “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empatiya hissi”, “Manipulyasiya və ondan müdafiə”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar”, “İctimai aqressiya” mövzuları üzrə təlimlər təşkil olunub. Mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

Sonda layihə iştirakçıları sertifikatlarla təltif ediliblər.
Bu xəbər oxucular tərəfindən 1078 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed