23.06.2012 [13:56] - Türk dünyası-Turan
TürkPA Beynəlxalq Katibliyinin 2012-ci ilin 6 ayının yekunlarının hesabatı ilə bağlı mətbuat konfransı keçirilib.
Konfransda bildirilib ki, TürkPA Beynəlxaq Katibliyi Assambleyasının işçi orqanı, həmçinin daimi əsasda Azərbaycan Respublikasında yerləşən missiya olaraq son 6 ay ərzində aktiv fəaliyyət göstərib.
TürkPA beynəlxalq əməkdaşlıq çərçivəsində katibliyin iştirakı ilə bir çox naliyyətlər əldə edib. Türk PA nümayəndə heyəti ATƏT Parlament Assambleyası, Beynəlxalq Parlamentlərarası Birliyi, ATƏT Xarici Işlər Şurasının, İslam Əməkdaşlığı Təşkilatı Parlament Birliyi, Avropa Parlamenti, Böyük Baltika Assambleyası, GUAM, MDB Parlamentlərarası Assambleyanın toplantılarında, müşahidəçi qismində İslam Əməkdaşlığı Təşkilatının Parlament Birliyinin 7-ci şurasında, Beynəlxalq Parlamentlərarası Birliyin 126-cı sessiyasında, Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleya Şurasının 20-ci illiyinə həsr edilmiş tədbirlərdə iştirak edib.
Ilk dəfə Türk PA Katibliyinin koordinatorluğu ilə ATƏT Parlament Assambleyasının 2012-ci ildə keçirilən qış sessiyasında TürkPA üzv ölkələrinin nümayəndə heyətləri ilə bir araya gəliblər və ATƏT PA çərçivəsində ortaq fəaliyyət üçün ilkin fikirlər ifadə edilib.
TürkPA baş katibi Ramil Həsənov ATƏT-in baş katibi Lamberto Zannier, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi səfir İon Olver, Avropa Parlamentinin xüsusi nümayəndəsi ilə ikitərəfli görüşlər keçirib.
Konfransda həmçinin qeyd edilib ki, TürkPA və türk dövlətləri ilə Avropa Şurası arasında türkdilli dövlətlərin siyasi-iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi üstündə dayanan ümumi ana məqsədlərinə uyğun işbirliyi inkişaf edir.
14-15 iyun 2012-ci il tarixində Qırğızıstanın Bişkek şəhərində TürkPA-nın Assambleya Şurasının III plenar sessiyası başa çatıb.
6 ay dövründə TürkPA katibliyi tərəfindən təşkilatın hüquqi sənədləri 5 dilə çevrilmiş və kitabça çap edilib. TürkPA-nın hüquq komitəsinin tövsiyyə və qərarına əsasən üzv dövlətlərin, o cümlədən Özbəkistan, Türkmənistan konstutisiyaları təşkilatın rəsmi dillərinə tərcümə edilib və çap olunub.
TürkPA digər türk dövlətləri ilə qarşılıqlı əlaqələr qurulmasında xüsusi maraqlıdır.
Mətbuat konfransı zamanı TürkPA-nin perspektivdə duran işləri ilə də bağlı da məlumat verilib. Bildirilib ki, yaxın perspektivdə 4 daimi komissiyaların növbəti toplantılarının, beynəlxalq əlaqələr komissiyasının tövsiyyə və qərarına əsasən “yaxın gələcəkdə ölkələrarası əməkdaşlığın inkişafı prosesində gənc liderlərin rolu” və “TürkPA parlamentlərarası əlaqələrin yeni mərhələsi” mövzularında beynəlxalq konfransların sentyabr ayında ATƏT-in daimi şurasında TürkPA baş katibliyi üzvlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. TürkPA-nın rəsmi internet səhifəsində yenilənmiş və hər bir şəxs istənilən məlumatı oradan əldə edə bilər.

Bu xəbər oxucular tərəfindən 1222 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |