Şrift:
Rusiyada göyərtəsində 71 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
12.02.2018 [10:31] - Gündəm, Hadisə
Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "An-148" təyyarəsi Moskva vilayətinin Voskresenski rayonunun Arqunovo kəndi ərazisində qəzaya uğrayıb.
Göyərtəsində 65 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə Moskvanın Domodedovo aeroportundan havaya qalxdıqdan iki dəqiqə sonra radarlardan itib.
Təyyarə "6W 703" saylı reys ilə Moskvadan Orenburq vilayətinin Orsk şəhərinə uçurmuş.
Aktiv transponderlər vasitəsi ilə təyyarələrin yerdəyişməsini izləyən "FlightRadar24" xidmətinin məlumatına görə, təyyarə Bakı vaxtı ilə 14:26-da birdən-birə yüksəkliyi itirib.
Qəza yerinə gələn ilk xilasedicilərin bildirdiyinə görə, təyyarənin hissələri bir-birindən təxminən bir kilometr məsafədədir.
Moskvada bir həftədir mürəkkəb hava şərait hökm sürür və bu gün səhərdən etibarən qar yağır.
Bu xəbər oxucular tərəfindən 517 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed