13.02.2018 [10:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bakıda bir çox restoranlarda menyu ilə bağlı problem yaşanmaqdadır.
Bakının tanınmış restoranı “Pivnaya Apteka”nın bu həftəsonu müştərisi olduq. Düzünü desək çox gözəl məkan yaratmağa müvəffəq olublar. Siqaret çəkməyənlər üçün ayrılmış zal insanların daha ürəyincədir. İndi isə keçək əsas məsələyə. Personaldan menyu istədikdə bizə ingilis dilində olan menyu verdilər. Ana dilimizdə menyu istədikdə isə bizə rus dilində menyu təklif etdilər. Ancaq ana dilimizdə olan mənyuyu təkidlə xahiş etdikdə ofisiant onlarda Azərbaycan dilində menyunun olmadığını bildirdi.
Bu isə xarici dili bilməyən müştərilər üçün seçim etməkdə çətinlik yaradır. Biz heç bir halda restoranlarda menyuların xarici dildə yazılmasına qarşı deyilik, axı biz turizm ölkəsiyik. Amma ana dilimizi unutmamalıyıq.
Məsələ ilə bağlı millət vəkili Fərəc Quliyevlə əlaqə saxladıq.
Millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev BAKU.WS-ə açıqlamasında qanunla menyuların Azərbaycan dilində olmasının vacibliyini bildirdi.
"Tövsiyyə olunan menyuda yeməklərin adları və tərkibindən başqa hətta "menyu" sözü belə digər dillərlə yanaşı, Azərbaycan dilində də yazılmalıdır. Əgər menyularda yeməklərin adları və reseptləri Azərbaycan dilində yazılmırsa bu pisdir. Bu məsələdə ictimaiyyət də diqqətli olmalıdır. İnsanların özlərində vətənpərvərlik hissi yüksək olmalıdır. Sahibkarlar da vətəndaş mövqelərini ortaya qoyulmalıdırlar. Bura Azərbaycandır, Azərbaycan dili dövlət dilidir. Meynularda doğma dilimizdə də olması şərtdir", - deyə millət vəkili Fərəc Quliyev bildirib.
Qeyd edək ki, bir çox MDB ölkələri və qonşu Gürcüstandakı restoranların təqdim etdiyi menyular özlərinin doğma dilindədir. Menyunun ilk səhifəsi doğma dildə yalnız sonrakı səhifələr digər, kokret desək ingilis və rus dilindədir. Bizdə də restoran sahibləri bu cür adddım atmaqla özlərinin doğma Azərbaycan dilinə olan sevgilərini nümayiş etdirərək turistlərdə də dilimizə maraq oyada bilərlər.

İman
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |