14.02.2018 [11:45] - Hüquq
Hazırda Azərbaycan həbsxanalarında cəza çəkən azadlıqdan məhrum edilmiş məhkumların sayı açıqlanıb.
Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev bildirib ki, onların sayı 20 mindən çoxdur:
“Azadlıqdan məhrum edilmiş şəxslərin 500 nəfərə yaxını qadınlar, 40 nəfəri tərbiyə müəssisələrində cəza çəkən 18 yaşına çatmayan uşaqlardır. Qalan məhkumlar kişilərdir”.
Ə.Nuriyevin sözlərinə görə, ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin sayı 260 nəfərə qədərdir.
Hüquqşünas qeyd edib ki, cinayət qanunvericiliyinə görə, cinayət törətmiş uşaqlara, qadınlara və yaşı 65-dən yuxarı olan kişilərə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq olunmur:
“Kişilərlə bağlı söhbət cinayət anındakı yaşdan gedir. Amma hazırda cəzaçəkmə müəssisələrində 70 yaşından yuxarı kişilər var. 80 yaşdan yuxarı olanların sayı çox azdır, bir yaxud iki nəfər. Onlar da həbsxananı həyat tərzinə çevirənlərdir. Çünki bəziləri cinayət etməyə o qədər öyrəşib ki, həbsxanadan kənarda yaşaya bilmir. Eyni zamanda, həbsxanalardakı şərait o qədər yaxşıdır ki, orada yaşamağa üstünlük verənlər də tapılır. Bir fərq azadlığının məhdudlaşmasıdır. Bu da təbii ki, həmin şəxslərin öz seçimidir”.

Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |