24.06.2012 [17:50] - Siyasət
“Bizdən çox şey uman Avropa Şurası orta əsrlər özbaşınalığının XXI əsrin Avropasına tətbiq olunmasına niyə susur?”
Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov iyunun 19-dan 21-dək Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Brüsseldə keçirilən 12-ci iclasında çıxış edib.
Partiyanın mətbuat xidmətindən Davam.az-a verilən məlumatda bildirilir ki, millət vəkili çıxışında Avropa Şurasına üzv olduğumuz vaxtdan - 17 yanvar 2001-ci il tarixindən Azərbaycanın öz qanunvericilik bazasını Avropa standartlarına uyğunlaşdırmağa çalışmasından danışıb. Qanun yaradıcılığı kimi çətin prosesdə Avropa Şurasının müxtəlif qurumlarının tövsiyələrini, ekspert rəylərini, əhalinin hüquq düşüncəsini və s. nəzərə aldığını vurğulayıb.
İ.İsmayılov bu ilin birinci yarısında qəbul olunan “Siyasi partiyalar haqqında”, “Həbs yerlərində saxlanılan çəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlar və “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu üzərində xüsusi dayanıb. Bu qanunların əhəmiyyətindən bəhs edərək, onlardakı bəzi müddəaların hətta Avropa İttifaqının üzvü olan bir çox ölkələrin qanunlarından mütərəqqi olduğunu əsaslandırıb.
Çıxışının sonunda millət vəkili həm özünü, həm də Türkiyə və Azərbaycan ictimaiyyətini narahat edən olduqca ciddi bir məsələyə də toxunub:
“Siz bizdən, əvvəldə də qeyd etdiyim kimi, qanunvericiliyimizi Avropa standartlarına uyğunlaşdırmağı tələb edirsiniz. Buna sözüm yoxdur. Lakin Avropanın lap göbəyində olan bəzi ölkələr məhz Avropa standartlarını kökündən inkar edən qanunlar qəbul edirlər və bu qanunlar da çox təəssüf ki, artıq tətbiq olunmaqdadır. Mən ilk növbədə “erməni soyqırımı” deyilən bir uydurmanın inkarının cinayət hesab edilməsinə dair 2003-cü ildə İsveçdə, ötən il isə Slovakiyada və Fransada (sonralar bu ölkənin Konstitusiya Şurası onu ləğv etdi) qəbul olunan qanunları nəzərdə tuturam. Bu qanunlar insan hüquqlarına dair bütün beynəlxalq aktların ruhuna və mətninə ziddir. Axı insanı fikir və düçüncələrinə görə orta əsrlərdə - inkvizasiya dövrlərində təqib edirdilər. Vaxtilə Fransada Monteskyo, Volter, İtaliyada Çezari Bekkariya, İngiltərədə Con Lokk, Almaniyada Ansell Feyerbax – məşhur filosofun atası və insan hüquqlarının digər yorulmaz müdafiəçiləri bunun əleyhinə çıxdılar və klassik cinayət hüququnun nümayəndələri sübut etdilər ki, insanı fikrinə, düşüncəsinə görə yox, konkret əməllərinə görə mühakimə, təqib etmək olar. Sonralar onların mövqeyi bütün Avropa ölkələrinin qanunvericiliyində təsbit olundu. İndi nə səbəbə orta əsrlərin özbaşınalığı XXI əsrin Avropasına tətbiq olunur və Avropa Şurası, Avropa İttifaqı da susur? Bu başadüşülən deyil. Məhz insan hüquqlarını beynəlxalq davranışın standartlarına çevirən Avropa Şurası susmamalı və sözünü deməlidir. Biz bunu gözləyirik”.

Bu xəbər oxucular tərəfindən 2886 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |