Şrift:
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatda dəyişiklik edilib
15.02.2018 [10:37] - Hüquq
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilib.
Bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə görə, hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən “Elektron notariat” informasiya sistemi vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə ediləcək.
Bu xəbər oxucular tərəfindən 606 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed