16.02.2018 [10:22] - Gündəm, Türk dünyası-Turan
Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində özbək tədqiqatçı Şuxrat Barlasın özbək dilində çap olunan “İdeyalar müharibəsi. Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər” adlı kitabının təqdimatı olub.
Tədbiri tarix üzrə fəlsəfə doktoru Nemət Pavlonov açaraq kitab haqqında məlumat verib. O bildirib ki, bu dəyərli əsər 2015-ci ildə Daşkənddə “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Fərqanədən Qarabağa qədər” adı ilə rus dilində çap edilib. Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının əsasında Ermənistan adlı dövlətin yaradıldığı bildirilir.
N.Pavlonov deyib ki, nəşrdə Qərbi Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt olunduğu bildirilir, Dağlıq Qarabağın və bu əraziyə aidiyyəti olmayan yeddi Azərbaycan rayonunun Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu diqqətə çatdırılır, habelə erməni təcavüzünün ağır nəticələri haqqında məlumat verilir.
Professor Mirsadik İsxanov çıxışında bildirib ki, tarixi faktlarla və arxiv materialları ilə zəngin olan kitabda böyük dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov və professor Utkam Mavlanov belə bir kitabın yazılmasına çoxdan ehtiyac olduğunu bildiriblər və nəşrin əhəmiyyəti haqqında söhbət açıblar.
Sonda kitabın müəllifi Şuxrat Barlas 1918-ci ildə rus imperiyasının Türküstana yürüşü zamanı onlarla birgə Orta Asiyaya gələn daşnakların yerli əhaliyə amansız divan tutması, Fərqanə, Kokand, Xivə şəhərlərində və Buxara əmirliyində baş verən dəhşətli faciələr haqqında ətraflı məlumat verib. O bildirib ki, məhz Türküstanda törədilən bu hadisələrlə paralel olaraq 1918-ci ilin mart ayında Azərbaycanda da soyqırımları törədilib. O, bu siyasətin məqsədli və sistemli şəkildə həyata keçirildiyini vurğulayıb.
Ş.Barlas deyib: “İlk dəfə olaraq kitabda tarixi mənbələr və faktlarla sübut olunur ki, “Daşnaksütyun” partiyasının Türküstanda insanlığa qarşı törətdiyi dəhşətli cinayətlər nəticəsində ümumilikdə 1 milyon 700 mindən artıq özbək və digər türkdilli əhali məhv edilib”.
Sonra müəllif kitabla bağlı suallara cavab verib.
Qulu Kəngərli

Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |