19.10.2011 [16:00] - Gündəm
Bakı və Abşeron yarımadasında oktyabrın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, gecə yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Gecə 10-14, gündüz 15-18 dərəcə isti olacaq.
Oktyabrın 21-də havanın buludlu olacağı, ayın 20-dən 21-nə keçən gecə yağış yağacağı proqnozlaşdırılır. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 10-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında oktyabrın 20-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 16-21, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
Oktyabrın 21-də bölgələrdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Ayın 21-i gündüz qərb rayonlarında tədricən kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 10-15 isti olacağı gözlənilir.

Bu xəbər oxucular tərəfindən 1002 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |