25.06.2012 [11:54] - Siyasət
Ankara NATO Şurasının çağırılmasını tələb edib
Türkiyə Hərbi Hava qüvvələrinə məxsus qırıcı təyyarənin Suriya hərbçiləri tərəfindən vurulması ilə bağlı NATO Şurasının toplantısı keçiriləcək. Türkiyənin NTV telekanalının yaydığı məlumata görə, rəsmi Ankara bunu NATO kollektiv təhlükəsizlik müqaviləsinin 4-cü bəndinə əsasən tələb edib. Toplantının iyunun 26-da keçiriləcəyi bildirilir.
NATO-nun rəsmi nümayəndəsi də bəyan edib ki, alyans iyunun 26-da türk hərbi təyyarəsinin vurulması ilə bağlı məsələyə dair müzakirələr aparacaq.
Xatırladaq ki, Türkiyəyə məxsus “F4 Phantom” qırıcı təyyarə Suriya Təhlükəsizlik Qüvvələri tərəfindən vurulub. Rəsmi Dəməşqin yaydığı məlumatda bildirilir ki, Suriya tərəfi təyyarəni ərazi sularında vurub və hədəf dənizə düşüb. Türkiyə isə iddia edir ki, təyyarə Suriya ərazi sularından kənarda vurulub.

Bu xəbər oxucular tərəfindən 1133 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |