Şrift:
AMEA-da gənclərin elmə cəlb olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir
16.02.2018 [10:24] - Gənclik
Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əldə olunan ən böyük nailiyyətlərdən biri də gənclərin elmə cəlb olunması ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdir.

Bunu AMEA Rəyasət Heyətinin növbəti iclasında A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov söyləyib. Bu istiqamətdə AMEA-da yaradılan magistratura təhsilinin əhəmiyyəti xüsusi qeyd edən alim bildirib ki, son zamanlar akademiyada humanitar sahədə həyata keçirilən islahatlar İctimai Elmlər Bölməsinin yaradılmasını zəruriyyətə çevirib. Aparılan elmi tədqiqatları və əldə olunan nailiyyətləri bölmənin səmərəli fəaliyyətinin nəticəsi kimi dəyərləndirmək olar.

Akademiyada fəaliyyət göstərən alimlərin elmi əsərlərinin dünyanın nüfuzlu jurnallarında çap edilməsi məsələsindən danışan Y.Mahmudov ölkə elminin dünya elminə inteqrasiyası üçün bu sahədə ciddi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Akademik əldə edilən elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə operativ çatdırılmasının önəmli olduğunu deyib.
Bu xəbər oxucular tərəfindən 1197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed