Şrift:
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasının vaxtı məlum olub
25.06.2012 [12:14] - Gündəm
İclasda Şəhərsalma və Tikinti Məcəlləsi isə sonuncu oxunuşda müzakirə ediləcək
Milli Məclisin (MM) sonuncu növbədənkənar plenar iclası iyunun 29-da keçiriləcək. MM mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, iclasda ümumilikdə 34 məsələ müzakirəyə çıxarılacaq.
Müzakirəyə çıxarılacaq məsələlər sırasına Qırğızıstan, Bolqarıstan, Makedoniya, Hindistan, Ukrayna ilə hökumətlərarası sazişlərin, bəyanatların və digər sənədlərin təsdiqi də daxildir. Həmçinin, “İctimai televiziya və radio yayımı haqqında” qanuna, İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər olunacaq.
İclasda Şəhərsalma və Tikinti Məcəlləsi isə sonuncu oxunuşda müzakirə ediləcək.
Bu xəbər oxucular tərəfindən 861 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed