Şrift:
SOSİAL ŞƏBƏKƏLƏR - şəxsiyyət üzərində nəzarət - Yaxud “Ümumdünya hörümçək toru”na düşənlərin aqibəti
16.02.2018 [11:52] - Sosial, DAVAMın yazıları
İnsanların inkişafı, dəyişən həyat tərzləri, tələbləri dövrün, zəmanənin də dəyişməsinə səbəb olur. Əncir yarpağı geyimlə, mağara evlə, at arabası maşınla, peycer mobil telefonla, təbii qidalar süni qidalarla əvəz edilib. Ailə üzvləri arasındakı müxtəlif söhbətləri isə televizor, komputer, internet əvəz etdi.

1946-cı ildə ABŞ-da yaradılmış, əvvəllər ancaq dövlət idarələrində olan böyük komputerlər kütləvi satışa buraxıla biləcək ölçüyə salındıqdan sonra sıravi insanların həyatına daxil oldu. 1969-cu ildə ABŞ-ın Təhlükəsizlik Nazirliyi tərəfindən internet yaradıldı. 1989-cu ildən başqa ölkələrə də yayılmağa başladı və 1994-cü ildən kommersiya məqsədilə də işlədilir. Azərbaycanda isə 1995-ci ildən internetdən istifadə edilir. İlkin yaranma məqsədi dövlətin siyasi işlərinə xidmət etmək olan komputer və internet, kütlənin də istifadəsinə verildikdən sonra milyonlarla insan dörd divarın arasından dünyayla əlaqə qura bildi. İlk sayt 1991-ci ildə yaradıldı. Həmin saytda internet haqqında məlumat verilirdi. Saytların əvvəlinə yazdığımız üç dablyu, “World wide web” cümləsindəki sözlərin baş hərflərindən yaranıb və “Ümumdünya hörümçək toru” deməkdir. Saytlarda qədim yunan dilində bazar mənasında işlədilən forum və boşboğaz, gəvəzə mənasını verən, ingiliscə çaterboks (chatterbox) sözünün qısaldılmışı olan çat açmaqla daha geniş istifadəçi kütləsi yığılır. Çatlara söhbətdən əlavə müxtəlif oyunlar, radio xidməti də qoyulur.

1995-ci ildə ilk sosial şəbəkə olan classmates.com istifadəyə verildi. Eyni orta məktəbi və universiteti bitirmiş insanların söhbəti üçün yaradılmış bu şəbəkə hazırda da fəaliyyət göstərir. 2004-cü ildə Facebook, 2005-ci ildə Youtube, 2006-cı ildə Twitter, 2010-cu ildə İnstagramın yaranması və geniş yayılması ilə saytlara, çatlara tələbat qismən azaldı. Bunlardan başqa Google Plus, Tumblr, Vine, Vkontakte, Myspace, Daily-motion, Mylife, Skyrock və s. sosial şəbəkələr də var. Forumlarda açılan mövzular sosial şəbəkələrdə status halına gəldi. Tək şəhər, ölkə deyil, dünya əhalisi arasında əlaqə yaradan sosial şəbəkələrin paylaşma, informasiya, dostluq, ünsiyyət, əyləncə tərəflərini kənara qoyub başqa tərəfinə baxaq.


Facebook 2004-cü ildə ateist yəhudi Mark Zukerberq (Mark Zuckerberg) tərəfindən yaradılıb. İlk saytını universitet illərində tələbə yoldaşları üçün hazırlayan Zukerberq bütün tələbələrin şəkillərini yerləşdirmək üçün universitetin bazasını həkləyir. Buna görə intizama göndərilən Zukerberq komputer sahəsində təhsil aldığı Harvad universitetini yarıda buraxır. Ardınca yenidən bu universitetin tələbələri üçün Facebooku yaradır. Qısa zamanda ABŞ-da məşhurlaşan Facebook, istedad ovçularının da diqqətini çəkir və onların sərmayəsi ilə dünyaya yayılır. Facebook ya əvvəl sadəcə tələbələr üçün yaradılıb sonradan başqa məqsədlər üçün istifadə edilməyə başlayıb, ya da əvvəldən məhz üzdə tanışlıq, altda gizli məqsədlər üçün yaradılıb.

Böyük Britaniya Kəşfiyyatının keçmiş zabiti Con Kolman 1991-ci ildə yazdığı “Komitet 300. Dünya Hökumətinin sirləri” kitabında şəxsiyyət üzərində nəzarət haqqında bunları yazır: “Komputerləşməyə əlavə olaraq biz total “beyin yuyulmasına” məruz edilmişik. Bizə sırınan dəyişikliklərə müqavimət göstərmək qabiliyyətindən məhrum olmuşuq. Şəxsiyyət üzərində nəzarət mühiti formalaşdırılıb. Bu həm də şəxsi informasiya üzərində nəzarət deməkdir. Amerikanın (keçmiş) Xarici İşlər naziri Henri Kissincerin şəxsi sərəncamında təkcə ABŞ-ın yox, eləcə də bütün dünyanın minlərlə sakininin dosyesi var. “P-2” Mason Lojası və Monte Karlo komitəsi minlərlə insanın adı olan siyahılara malikdir. Biz hələ də kütbeyincəsinə inanırıq ki, şəxsi informasiya toxunulmazdır”. Corc Oruellin 1949-cu ildə yazdığı “1984” adlı romanı masonların qurmağa çalışdığı Vahid Dünya Hökuməti haqqındadır. Yazıçı, bu hökumətin dünya əhalisini hansı yollarla idarə edəcəyini, nəzarətdə saxlayacağını təsvir edir. Kitab 49-cu ildə yazılmasına baxmayaraq, romanda təsvir edilmiş bəzi üsulların indi yaşadığımız dövrdə istifadə olunduğunu nəzərə alsaq, deməli, bu günün planları hələ o vaxtlardan hazır imiş və yazıçı da bu barədə məlumatlı olub. Romanda televizorlar, kameralar vasitəsilə bütün insanların evlərdə, kafelərdə və s. hər yerdə izlənilməsi, nəzarətdə saxlanılması təsvir edilir. 1949-cu ildə yazılmış bu roman o dövrdəki oxucular üçün fantastik görünmüş ola bilər. Lakin biz 2018-ci ildə yaşayırıq və artıq bir çoxlarımız bilirik ki, bunlar fantastika deyil. Komputerlərin, telefonların kamerasını istənilən vaxt açıb həmin an kamera qarşısındakı şəxsləri görə və eşidə bilirlər. Ağıllı adlandırılan, çoxfunksiyalı smart telefonları sönülü olduqda belə kamerasını açıb izləyə bilirlər. Buna görə lazım olmadıqda kameraların üzərini bağlı saxlayın. Eyni şəkildə internetə qoşulan çoxfunksiyalı televizorlarla da onun qoyulduğu məkana nəzarət edə bilirlər. Bütün bu texnika uzaq məsafədən kütləni nəzarətdə saxlamağa kömək edə biləcək şəkildə hazırlanır və kütlə özü bu texnikanı pul verib alır. Nə qədər çox inkişaf etmiş telefon alırsınızsa, bir o qədər rahat izlənirsiniz. Göründüyü kimi, internet boş yerə Ümumdünya hörümçək toru adlandırılmayıb. Bu da onu göstərir ki, təzə-təzə dövlət idarələrində sınaqdan keçib, təkmilləşdirilən internet, sadəcə kommersiya deyil, həm də şəxsiyyət üzərində nəzarət üçün kütləyə verilib. Amerika politoloqu, sosioloqu, dövlət xadimi Zbiqnev Bjezinskinin 1970-ci ildə yazdığı “Texnotron era” kitabı da Yeni Dünya Nizamı, Vahid Dünya Hökuməti haqqındadır. Bjezinski də Kissencer kimi bu rejimin yaradılması üçün çalışanlardandır.

Qayıdaq sosial şəbəkələrə. Facebookun giriş hissəsinə baxaq. Zukerberq sadəcə məsum sosial şəbəkə yaradıcısı deyil. Qonaq olduğu bir televiziya verilişində aparıcıların təkidilə üst geyimini çıxardır və geyimin iç tərəfindən kürəyində İlluminata aid böyük simvol görünür. Simvolu hamının görəcəyini anlayan Zukerberq geyimi çıxartmamaq istəyir, sonra həyəcanlı, gərgin üz ifadəsinin, tər tökülən sifətinin müşayiətilə geyimi çıxarıb aparıcılara verir və üzündə pərtliyi gizlətməyə çalışan acı təbəssüm yaranır.

Digər sosial şəbəkələr kimi Facebook da şəxsiyyət üzərində nəzarətə xidmət edir. Təkcə Facebookun 1 milyarddan çox istifadəçisi var. Bu 1 milyarddan çox insanın şəxsi məlumatlarının, şəkillərinin, nə vaxt harada olmalarının, düşüncələrinin, nəylə məşğul olmalarının aparıcı qüvvələrin ovcunda olması deməkdir. “Mənim məlumatlarım nəylərinə lazımdır” deyə düşünənlər var. Kütlə fərdlərdən ibarətdir. Kütləni nəzarətdə saxlamaq üçün kimliyindən asılı olmayaraq hər bir fərdi nəzarətdə saxlamaq lazımdır. “1984” romanında hər fərdə nəzarət sayəsində, Vahid Dünya Hökuməti qurulduqdan sonra ona qarşı çıxmağa çalışanların vaxtında aradan qaldırılması təsvir edilir.

Sosial şəbəkələrlə kütlələrin beyinlərinin idarə olunmasına baxaq. Sosial şəbəkələrdə ara-sıra virus kimi yayılan bəzi axınlarla qarşılaşırıq. Məsələn, hazırda da məşhur olan selfi. Təbii ki, on il əvvəl də özü öz şəkilini çəkən insanlar mövcud idi. Sadəcə buna beyin mərkəzləri tərəfindən dəbdəbəli ad qoyub məxsusi reklam edilməmişdi. Psixoloqlar selfini həyat tərzi halına salan insanların şüuraltında özünə inamsızlıq olduğunu deyir. Selfiləri ilə sosial şəbəkələri bəzəyən insanlar özləri də hiss etmədən bu özünə inamsızlığı aradan qaldırmağa çalışırlar. Ən yaxşı selfiləri çəkib özlərini heç olmasa bu baxımdan üstün göstərməyə çalışırlar. Ancaq görünür faydası olmadığı üçün bu vərdişi ata bilmirlər və yuxudan oyanıb gözlərini təmizləyəndə, unitazdan qalxıb tumanlarını çəkəndə, asqıranda, əsnəyəndə hər yerdə şəkillərini çəkib paylaşırlar. Selfi xəstələrinin gözlərini bərəldib, dodaqlarını toyuq arxasına bənzər şəkildə büzüb, dil çıxarıb, bədənin bəzi yerlərini qabardıb çəkdikləri şəkilləri anormallıqlarını biruzə verir. Öz şəklini çəkməyə selfi adı verilib təbliğ edilməsi ilə bu kütləvi hal aldı. Milyonlarla insan öz üzünün şəkilini kütlənin məlumatları yığılan dosyelərə verir. Artıq evdə saxlanılan rəsm albomlarını aparıcı qüvvələrin sosial şəbəkələrdə qoyduqları albomlar əvəz edir. Bu albomlara qoyulan şəkillər, yazılan yazılar profilin sahibi tərəfindən silinsə belə, sosial şəbəkənin sahiblərinin öz əlində qalır.
İnternetdə klik etdiyimiz hər şey internet vasitəsilə bizi izləyənlərin əlində qalır. Buna misal olaraq bir pedofilin başına gələnə baxmaq olar. Polis tərəfindən axtarışda olan pedofili internetdən yüklədiyi uşaq pornoları ələ verir. Pedofilin təxmini hansı ərazidə olduğunu bilən polis, həmin bölgədə eyni ipdən çoxlu sayda uşaq pornosunun yüklənməsindən şübhələnir və ip ilə ünvanı tapır, pedofili tutur. Onun komputerindən 600-dan çox uşaq pornosu tapılır. Amma bu izləmələr həmişə cinayətkarın tapılmasına xidmət etmir. Göründüyü kimi, bütün komputerlərin, fərdlərin izlənilməsi ÖZLƏRİNƏ lazım olanda həmin şəxsi rahat tapmağa kömək edir.

İnstagramda kişilər arasında alt paltarla selfi çəkmək dəbi salındı. Kütləvi olan hər şeyin normal olmasını düşünənlər bu cür şəkillərə baxıb onlara qoşulurlar. Başqa bir instagram dəbi fantaziyaya görə dikdaban ayaqqabı düzəltmək idi. Müxtəlif qidaların, əşyaların üzərinə ayaqlarını qoyub dikdabana bənzədirdilər. Facebookun dəbi: hamam dəsmalına bürünərək selfi.

Bir müddət əvvəl ALS xəstəliyinə diqqət çəkmək adı ilə “Bir vedrə buz” kompaniyası başladılmışdı. Başına buzlu su tökən şəxs üç nəfərə təklif göndərir. Həmin şəxslər də ya bunu etməlidirlər, ya da ALS xəstələri üçün 100 dollar pul göndərməlidirlər. Pul göndərmək yerinə bir çoxları başlarına buzlu su tökərək sosial şəbəkələrdə like yığmağa başladılar. Bu kompaniyaya qoşulanlardan neçəsi bu ölümcül xəstəliklə maraqlandı? Çoxlarının gördüyü ancaq başına su töküb meymunluq edən insanların gülməli videoları oldu. Kiminsə evində oturub başına bir vedrə su tökməsinin həmin xəstələrə nəsə faydası varmı? Ümumiyyətlə, sağalması çətin və ya mümkünsüz bildiyimiz xəstəliklərin daşıyıcılarına pul ayırılmasına, sağaltmaq cəhdlərinə qarşı olduğunu ara-sıra göstərən dünyanın aparıcı qüvvələrinin sağalmaz ALS xəstələri üçün pul yığmağa çalışması nə dərəcədə inandırıcıdır?
Yığılan milyonlarla pulun hara xərclənməsi barədə hesabat verildimi? Sağalmaz bildiyimiz bir çox xəstəliklərin dərmanlarını kütlədən gizlədən, sadəcə həb ilə sağala biləcək narkomaniyanı dünyadan silməmək üçün dərmanını ölkələrə qadağan edən, bu da azmış kimi laboratoriyalarda donuz qripi, quş qripi, ağcaqanaq, qurbağa qripi yaradıb dünyanın canına salan aparıcı elit qüvvələr necə olur ki, qəfil ALS xəstələrinin dərdini çəkməyə başlayırlar və dünya səviyyəsində kompaniya keçirirlər. Bütün bu ağır xəstəliklərin və ya dərmanından xəbərsiz bizlər üçün ağır olan xəstəliklərin nəticə verməyən müalicə üsulları elitaya milyonlarla pul qazandırır. Narkotikin satışı və ondan müalicə üçün xərclənən pullar, narkobizneslə əsrlərdir məşğul olan qara oliqarxiyanın sərvətinə sərvət qatır. Halbuki adi qiymətə olan həb ilə çox qısa vaxtda sağalmaq mümkündür. Bu barədə Türkiyənin həkimlərindən biri üstü örtülü şəkildə həmin dərmanın xəstələrin sağalmaması üçün ölkələrə qadağan olunduğunu bildirmişdi. Sovet milis təşkilatının şefi, bolşevik Feliks Dzerjinski milyonlarla insanın öldürülməsinə belə reaksiya vermişdi: “Nə qədər insanın ölməsi məni niyə narahat etməlidir? Hətta xristian İncili də deyir ki, insanların qayğısına İlahi qalacaq. Mənim üçün insan bir tərəfində beyin, digərində peyin fabrikindən başqa bir şey deyil”. Bu cür beyin daşıyan şəxslərin idarəsində olan dünyada yaşayırıq.

Gündəlik istifadə etdiyimiz internet, sosial şəbəkələr bizim üçün informasiya, əyləncə, ünsiyyət mənbəyidir. Lakin onun yaradıcıları üçün bizi nəzarətdə saxlama vasitəsidir. Tez-tez müxtəlif axınlar yaratmaqla necə asan idarə olunmağımızın sınağını keçirirlər. Yeni hazırlayıb internetə qoyduqları dəbi kütlə düşünmədən dərhal havada qapır və qoşulur. Bu cür heç bir faydası olmayan axınlar yarat maqla içiboş insanlar formalaşdırırlar. Kütlənin başı boş əyləncəyə qarışır və üzərindəki idarəçilərin oyunlarını görmür. Bu cür formalaşdırılan insanların çox olduğu cəmiyyətlərin gələcəyinin hansı vəziyyətdə olacağını təssəvvür etmək belə dəhşətdir.
Nuran Gündüzoğlu

tədqiqatçı
Bu xəbər oxucular tərəfindən 888 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed