16.02.2018 [15:20] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İran rejimi qəhrəmanımızı özününkiləşdirməyə cəhd edirSəttar Xanın fəaliyyətinin təhrif olunmasına ciddi etirazımızı bildirməliyik
Bu günlərdə İran televiziyasında yayımlanan və Məşrutə Hərəkatının qəhrəmanı Səttar Xanın həyatını təsvir edən "Səttar Xan” teleserialı soydaşlarımızın kəskin etirazına səbəb olub. Teleserialda tarixin təhrif edildiyini bildirən türk fəallar ssenarinin anti-türk və anti-Azərbaycan müəlliflər tərəfindən hazırlandığını deyiblər.
Təbrizli rejissor Qurbanəli Tahirfər bildirib ki, filmdə Səttar Xanın həyat yoldaşının Firdovsinin "Şahnamə” əsərini oxuması izləyicinin şüuruna ən dərin təhqirdir: "Məntiqə görə, Səttar Xanın həyat yoldaşı evində bayatı, yaxud Nəbati və Füzulinin şeirlərini oxumalıdır”. Xatırladaq ki, X-XI əsrlərdə yaşayan fars şairi Firdovsi İran-fars millətçiliyini formalaşdıran şəxs hesab olunur. Etiraz edənlərin fikrincə, "Səttar Xan” serialı məqsədli şəkildə səhnələşdirilib.
Serialla bağlı "Şərq”ə danışan millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, əgər filmdə soydaşlarımızın qabartdığı məqamlar varsa, o halda etiraz bildirməkdə tam haqlıdırlar. Deputat sovet dönəmində belə bir adətin olduğunu xatırladıb:
"Sovet vaxtı milli qəhrəmanları öləziləşdirir, ya da çalışırdılar ki, həmin şəxsləri kommunist tipində ictimaiyyətə təqdim etsinlər. Milli kökdən ayrılmış şəkildə tanıtsınlar. Ona görə də müəyyən qəhrəmanlarımız haqda filmlər çəkilməsi göstərişini verirdilər. Buna rəğmən bizim rejissorlar çalışırdılar ki, bu məsələdən bir balaca yan keçə bilsinlər. Səttar Xan bizim qəhrəmanlıq və azadlıq simvolumuzdur.
Mən həmin serialı izləməmişəm. Lakin deyilən məqamlar doğrudursa, deməli, rejim Səttar Xanı özününkiləşdirmək, ya da millətin əlindən almaq üçün tədbir görür. Hesab edirəm ki, ciddi filmlər çəkiləndə tarixi şəxsiyyət olduğu kimi göstərilməlidir. Belə filmlər hansısa bir yazıçının təxəyyülünün məhsulu olmamalıdır. Romandan götürülmüş süjet xətti deyil ki, rejissor üzərində imporivizə etsin. Əgər tarixi şəxsiyyət barəsində film çəkilirsə, reallığa dayanaraq çəkilməlidir.
Filmdən sui-istifadə edərək xalqın qəhrəmanını millətin gözündən salmağa çalışılmamalıdır. Təbii ki, mən də 50 milyonluq Azərbaycan xalqının bir nümayəndəsi kimi qəhrəmanımızın fəaliyyətinin təhrif olunmasına ciddi şəkildə etiraz edirəm”.

İsmayıl
Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |