25.06.2012 [12:49] - Müsahibə
“Ermənilər tutduqları mövqelərdən geri çəkilərək, danışıqlar prosesini sual altına qoyublar”
Paris.Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyovun APA-ya müsahibəsi
- Azərbaycan-Fransa hazırkı münasibətlərini necə dəyərləndirirsiniz?
- Fransa ilə Azərbaycan arasında münasibətlər yüksək xətlə inkişaf edir. Ötən ilin payızında Fransa dövlət başçısının tarixdə ilk dəfə olaraq Azərbaycana rəsmi səfəri baş tutub və həmin səfər çərçivəsində ikitərəfli əlaqələrə aidiyyəti olan bir sıra çox vacib məsələlər müzakirə edilib. Fransa Azərbaycan üçün ən ağrılı problem olan Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında oynadığı rol baxımından çox vacib bir ölkədir. Bu istiqamətdə Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkələrindən biri kimi artıq 15 ildir fəaliyyət göstərir və bu baxımdan hər dəfə dövlət başçıları səviyyəsində bu cür danışıqlar, görüşlər olduqca vacibdir. Bundan başqa Fransa bizim üçün Qərbi Avropada yerləşən və dünya miqyasında ən önəmli ölkələrdən biridir və eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü, dünyada gedən bir çox proseslərdə mühüm rol oynayan bir ölkədir. İqtisadi baxımdan da Fransa Azərbaycan üçün cəlbedici bir ölkədir və Fransa üçün də Azərbaycan Cənubi Qafqaz regionunda həm bizim enerji resurslarımız nöqteyi-nəzərindən, həm də ümumiyyətlə iqtisadi baxımdan potensialı olan aparıcı tərəfdaş bir ölkədir. Digər tərəfdən iki ölkə arasında son illər ərzində mədəni sahədə də bir çox tədbirlər həyata keçirilib. Fransanın mədəniyyət nazirinin təşəbbüsü ilə Azərbaycanda “Fransa İnciləri” adı altında misli olmayan böyük bir sərgi təşkil edilib. Parisdə isə Heydər Əliyev Fondunun xətti ilə və Mehriban Əliyevanın da şəxsən iştirakı ilə bir neçə sərgi, konsert və digər mədəni tədbirlər təşkil edilib. Bu tədbirlər Fransa ictimaiyyətinin çox böyük marağına səbəb olub. Təbii ki, burada əsas məqsəd Fransada Azərbaycan haqqında məlumatlılıq səviyyəsinin artırılmasının və bizim zəngin və qədim mədəni irsimizin tanıdılmasının təmin olunması idi. Bundan başqa hərbi sahədə də indiyə qədər münasibətlərimiz necə inkişaf edirdisə, indi də bu formada davam etməkdədir. Azərbaycan Fransa ilə həm çoxtərəfli, həm də ikitərəfli formatda əməkdaşlıq edir. Biz NATO çərçivəsində də həyata keçirilən Əfqanıstanda çoxmillətli sülhməramlı əməliyyatlarda - İSAF proqramında iştirak edirik və bu baxımdan da Fransa üçün Azərbaycan önəmli bir tərəfdaş ölkədir. Bu yaxınlarda Azərbaycanın Fransada hərbi attaşesi vəzifəsi təsis edilib. Çox güman ki, artıq bu yaydan sonra bizim hərbi attaşemiz öz fəaliyyətinə başlayacaqdır. Bu il ərzindəki münasibətlərimizə nəzər salsaq, sözsüz ki, hər bir sahədə irəliləyişlər var və biz istəyirik ki, bu münasibətlər getdikcə daha sürətlə inkişaf etsin. Bunun üçün çox böyük potensial var, hər iki tərəfdən maraq var. Hesab edirəm ki, Fransanın daxilində baş vermiş son daxili proseslər (prezident və parlament seçkiləri) ümumiyyətlə bu münasibətlərin davam etdirilməsinə yalnız müsbət töhfə verə bilər.
- Bu yaxınlarda Fransada sosialistlərin həm prezident, həm də parlament seçkilərində qalib gəldiklərindən sonra sosialist Fransa ölkəsiylə münasibətlərdə nə kimi əsaslı dəyişikliklər ola bilər?
- Hesab edirəm ki, Fransanın daxilində baş vermiş son daxili proseslər ümumiyyətlə ölkələrimiz arasındakı münasibətlərin davam etdirilməsinə yalnız müsbət töhfə verə bilər. Fransa siyasi spektrinin bütün tərəfləri Azərbaycan kimi ölkə ilə münasibətləri davam etdirməyə can atır və fikrimcə, Azərbaycan kimi ölkələrlə münasibətlərə nisbətən hansısa çox böyük, radikal dəyişikliklər olmayacaq. Yuxarıda qeyd etdiyim sahələr baxımından Azərbaycan Fransa üçün hər zaman cəlbedici ölkə olaraq qalacaq. Sözsüz ki, indi Fransada yeni administrasiya hakimiyyətə gəlib, ölkə parlamentinin tərkibi də dəyişib, bu qurumda mütləq çoxluq solçulardadır. Amma bu o demək deyil ki, Azərbaycanla Fransa arasındakı münasibətlərə bunun hansısa bir mənfi və ya çox böyük bir müsbət təsiri olsun. Biz bu vaxta qədər öz işimizi necə aparırdıq, yenə də bu formada davam etdirəcəyik. Fransanın yeni administrasiyası tərəfindən bizə artıq bildirildi ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində Fransanın rəsmi mövqeyi dəyişməz olaraq qalır, Fransa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaqda davam edir və bu münaqişənin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həll edilməsində öz dəstəyini və rolunu azaltmayacaq və bu rolu fəallaşdırmaq niyyətindədir.
- Fransada iyunun 17-də keçirilmiş parlament seçkilərindən sonra Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibini nə zaman formalaşacağı gözlənilir?
- Bu məsələdə daxili prosedura ondan ibarətdir ki, yeni parlament oturuşmalı, qurumun sədri, sədr müavinləri seçilməli, müxtəlif sahələr üzrə komitələrin sədrləri müəyyən edilməli və daha sonra bütün ölkələrlə mövcud dostluq qruplarının tərkibinə yenidən baxılmalıdır. İndiyə kimi, Milli Assambleyada fəaliyyət göstərən Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui Dümon yenidən deputat seçilib və ola bilsin ki, o yenidən bu qrupa başçılıq etsin və ya dəyişdirilsin. Yəni bu bizdən asılı olmayan daxili proseslərdir və sözsüz ki nəticəni bir az gözləmək lazımdır. O ki qaldı dostluq qrupunun tərkibinin dəyişdirilməsinə, əlbəttə ki orada ciddi dəyişikliklər baş verəcək. Çünki bildiyiniz kimi artıq Milli Assambleyada mütləq əksəriyyət solçuların əlindədir və istərdim ki, Milli Assambleyada fəaliyyət göstərəcək bu yeni qrup daha fəal olsun. Əlbəttə, indiyə qədər onların müxtəlif sahələrdə hansısa fəaliyyətləri olub, amma bu fəallıq səviyyəsi bizim istədiyimiz kimi o qədər də güclü deyildi. Misal üçün, Senatda dostluq qrupunun fəaliyyəti daha çox gözə çarpır və qurumun bir neçə üzvü mütəmadi olaraq Azərbaycana səfərlər edirlər, bura qayıtdıqdan sonra müxtəlif məsələlərdə fəallıq göstərirlər və Azərbaycanın maraqlarına uyğun olan mövqedən çıxış edərək, bizə dəstək olurlar. Çox istərdim ki, Milli Assambleyanın üzvləri də eyni fəallıq nümayiş etdirsinlər. Bizim səfirliyimizin işinin əsas istiqamətlərindən biri də elə bu olacaq.
- Senatın fəaliyyətini qeyd etdiniz. Yeri gəlmişkən, bu il mayın 22-də bir neçə fransalı senatorun Dağlıq Qarabağa etdikləri səfərlə bağlı səfirlik tərəfindən araşdırmalar aparıldımı?
- Biz bu məsələni araşdırdıq. Sözsüz ki, bu cür hallar Azərbaycan üçün qəbuledilməzdir. Bizim araşdırmaların nəticələri onu göstərdi ki, erməni tərəfinin təzyiqi altında bu adamlar işğal olunmuş torpaqlara səfər ediblər. Bununla bağlı səfirliyimiz həm Fransa Xarici İşlər Nazirliyinə öz notasını təqdim etdi, həm də Senatın sədri və demək olar ki, qurumun hər bir üzvünə fərdi olaraq müraciətlər ünvanlandı və həmin müraciətlərdə Azərbaycanın bu məsələyə rəsmi münasibəti çox aydın şəkildə bildirildi. Bu cür səfərlər nəinki parlamentlərarası əlaqələrə, ümumiyyətlə dövlətlərimizin ikitərəfli münasibətlərinə çox ciddi ziyan vurur. Həmin adamlar artıq qara siyahıya düşərək, heç zaman Azərbaycana səfər edə bilməyəcəklər. Biz istəməzdik ki, Fransa Senatı ilə Azərbaycan parlamenti arasında son zamanlar müşahidə olunan müsbət irəliləyişlərə bu cür səfərlər belə mənfi təsir göstərsin. Bizə cavab olaraq deyildi ki, bu heç də Senatın rəsmi qaydada təşkil olunmuş səfəri deyildi, bu səfər həmin senatorların fərdi olaraq şəxsi təşəbbüsləri nəticəsində və yaxud da erməni tərəfinin və ya diasporunun onlara göstərdiyi təzyiq nəticəsində həyata keçirilib. Bizə yaxın olan, Azərbaycana dostluq münasibətləri ilə seçilən senatorlar qrupu bu məsələyə öz qəti narazılıqlarını bildirib və hətta həmkarlarının bu hərəkətini pisləyiblər. Sözsüz ki, bu cür səfərlərin hansısa böyük bir əhəmiyyəti haqda danışmaq çətindir. Çünki bu adamlar bu səfəri yalnız bir fikirlə edirlər ki, yaşadıqları regionlarda məskunlaşmış erməni diaspora nümayəndələrinin, seçicilərin dəstəyini əldə edə bilsinlər. Amma eyni zamanda bizim məsələyə bu cür reaksiyamız digər senatorlara və parlament üzvlərinə artıq bir siqnal kimi göstərilməlidir ki, bu adamlar nəinki özlərinin Azərbaycanla münasibətlərinin üstündən xətt çəkirlər, ümumiyyətlə Fransa-Azərbaycan dövlətlərarası münasibətlərə də mənfi təsir göstərirlər.
- Uzun fasilədən sonra nəhayət iyunun 18-də Parisdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüş keçirildi. Fransalı həmsədrin dəyişdirilməsindən sonra bu görüşün məhz Parisdə keçirildiyini nəzərə alsaq, Azərbaycanın Fransadakı səfiri olaraq, sizin də bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.
- Təbii ki, ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir və mən onları bir-birindən ayırmaq istəməzdim. Düzdür, bir ara Rusiya dövlət başçısı səviyyəsində görüşlərin keçirilməsində daha fəal görünürdü. Daha sonra keçən il Nikola Sarkozi Bakıya gələndə Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etmişdi, bu yaxınlarda ABŞ-ın dövlət katibi də region ölkələrinə səfər edib və münaqişə ilə bağlı öz fikirlərini bildirib. Tərəflər arasında birbaşa təmaslar bir müddət idi ki, gerçəkləşmirdi. Bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan tərəfi əvvəlcədən öz üzərinə götürdüyü öhdəliklərə riayət etməyərək, öz mövqeyində müəyyən mənfi dəyişikliklər edib. Sözsüz ki, artıq illər ərzində addım-addım tikilən bu danışıqlar prosesi binasına böyük ziyan vurulub və ermənilər tutduqları mövqelərindən geri çəkilərək, bütün danışıqlar prosesini sual altına qoyublar. Əlbəttə ki, belə olan halda hansısa danışıqların aparılmasında müəyyən çətinliklər yaranmışdı. Mənə elə gəlir ki, həmsədr ölkələr özləri də bunu çox gözəl başa düşürlər, amma onların əsas məqsədi odur ki, bu proses dayanmasın. Çünki bu proses dayananda və artıq heç bir perspektiv olmayanda, artıq silahlar işə düşür və bunun nəticələrini də biz görürük. Hər iki tərəf itkilər verir və bölgədə vəziyyət daha da gərginləşir. Fikrimcə nə Amerika, nə Fransa, nə Rusiya istəməzdi ki, onsuz da çətin və gərgin olan vəziyyət bundan sonra da ağırlaşsın. Ona görə də Fransanın təşəbbüsü ilə iyunun 18-də hər iki ölkənin xarici işlər nazirləri Parisdə görüşərək, bir neçə saat danışıqlar aparandan sonra belə bir qərara gəldilər ki, bu yaxınlarda həmsədrlər yenidən regiona səfər etsinlər və hər iki tərəfdən səsləndirilmiş mövqeləri nəzərə alaraq, irəliləyişlərin əldə olunması üçün hansısa yeni bir təkliflər versin. Yeni təkliflər dedikdə, əlbəttə ki, tamamilə yeni təkliflərdən söhbət gedə bilməz. Ona görə ki, illər boyu bu danışıqlar aparılır və hər şeyi tamamilə yenidən başlamaq, yeni təkliflər gətirmək çox çətindir. Amma hər halda danışıqlar prosesini irəliyə aparmaq üçün ola bilsin ki, hansısa yeni impulslar verilə bilsin.
- Məlumdur ki, Fransa ən güclü erməni diasporu olan ölkələrdəndir. Bəs Azərbaycanın bu ölkədəki diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə bu fəaliyyət daha çox hansı istiqamətdə aparılmalıdır?
- Əlbəttə ki, biz erməni diasporunu və onların fəaliyyətini götürsək, Fransada onların mövcudluğu demək olar ki, dünyada ən yüksək səviyyələrdən birini tutur. Rəqəmlərlə desək, haradasa 500-600 min erməni əsilli fransız mövcuddur və bu diaspora Fransada bir il, iki il, on il, iyirmi il ərzində formalaşmayıb. Onların Fransa cəmiyyətinə inteqrasiya səviyyələri də olduqca yüksək olub və artıq bu diaspora fransız cəmiyyətində baş verən siyasi və ictimai proseslərdə çox ciddi bir rol oynayır. Məsələn, bu yaxınlarda üzdəniraq “erməni soyqırımı” ilə bağlı qanun layihəsi ortaya gələndə, biz hamımız gördük ki, Fransanın müxtəlif siyasi qüvvələri bu erməni amilini necə nəzərə almışdılar. Biz əgər burada yaşayan azərbaycanlılardan danışsaq, mən deməzdim ki, bizim burada çox güclü diasporumuz mövcuddur. Amma biz sayca çox olmasaq da, mənə elə gəlir ki, Azərbaycanın haqq işi burada yaşayan həmvətənlərimiz vasitəsilə də fransız cəmiyyətinə çatdırılmalıdır. Bu istiqamətdə aparılan səylər sözsüz ki səfirliyimiz tərəfindən dəstəklənir. Parisdə və ümumiyyətlə Fransada Azərbaycanı tanıtmaq, Azərbaycan haqda düzgün məlumatlar vermək məqsədilə bir çox tədbirlər keçirilir. Fransada yaşayan gənclərimizin bu mənada oynadığı rol da çox sevindiricidir. İnanıram ki, bu kimi tədbirlər ölkəmiz haqqında, onun xarici siyasətində Avropa istiqaməti, Avropa vektoruna dair bizim mövqeyimiz haqqında məlumatları Fransa ictimaiyyətinə çatdırmaqla, ölkəmiz, diplomatiyamız haqqında daha dolğun məlumat yaratmış olacaq. Və sözsüz ki, fransızlarla, politoloqlarla, tələbələrlə, ictimaiyyət nümayəndələri ilə yaradılan bu təmaslar bundan sonra da davam etdiriləcək. Ümumi olaraq bizim əsas vəzifələrimizdən danışsaq, Fransada 2-3 min azərbaycanlı yaşayır, onlardan yalnız üçdə biri səfirliyə məlumdur. Müəyyən səbəblərə görə onlarda bir çoxu haqda məlumatımız yoxdur. Amma buradakı cəmiyyətimizin hər üzvü öz tutduğu vəzifəsində, yerində Azərbaycan haqqında, ümumiyyətlə xalqımız, mədəniyyətimiz, bizim problemlərimiz haqqında məlumatlar yaysalar, əlbəttə ki, vaxt getdikcə bunun təsiri daha çox və güclü olacaq.
- Heydər Əliyev Fondu Avropada, xüsusən də Fransada bir çox mədəni layihələr həyata keçirib. Bundan sonra da belə layihələrin reallaşacağı gözlənilirmi?
- Təbii ki, Heydər Əliyev Fondu adından danışa bilmərəm, amma müşahidəçi kimi və bu proseslərdə səfir olaraq iştirak edən bir şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev Fondu artıq yalnız Fransada deyil, bir neçə Avropa ölkələrində öz fəaliyyətini genişləndirməkdədir. Buna misal olaraq, İtaliyanı, İngiltərəni, Almaniya göstərmək olar. Burada əsas məqsəd odur ki, həm bu fond haqqında məlumatın yayılması təmin edilsin, həm də Azərbaycan dövləti haqqında düzgün imicin formalaşdırılsın. Çünki Azərbaycan bütün dünyada açıq, dünyəvi, tolerant, müxtəlifliyi sevən və özündə bunu təcəssüm etdirən bir dövlət kimi tanıdılmalıdır. Hesab edirəm ki, müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycanda digər dinlərə, sivilizasiyalara və mədəni irslərə aid olan obyektlərin bərpa edilməsində rolumuz varsa, bu, Azərbaycanın başının ucalığıdır. Və nəzərə alsaq ki, Azərbaycan son bir neçə il ərzində dünyada mədəniyyətlərarası dialoqun keçirildiyi bir platforma rolunu oynayır, fikrimcə bu Fondun da fəaliyyətlərinə bu çərçivədən baxmaq lazımdır.

Bu xəbər oxucular tərəfindən 1620 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |