Şrift:
Qədimi kitabı Azərbaycandan çıxarmaq istədilər
25.06.2012 [13:50] - Hadisə
Azərbaycan gömrükçülərinin həyata keçirdikləri tədbirlər nəticəsində tarixi əhəmiyyət kəsb edən kitabın Azərbaycandan çıxarılmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Davam.Az-a daxil olan məlumata görə, Bakıdan Moskva istiqamətinə gedən qatarın bələdçisində XIX əsrə aid dini kitab aşkarlanıb.
Belə ki, Azərbaycan istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan 55 saylı “Bakı-Moskva” qatarının 14-cü vaqonuna keçirilmiş gömrük baxışı zamanı həmin vaqonun bələdçisi, Rusiya Federasiyası vətəndaşı Andreyev Yuriy Viktoroviç tərəfindən gömrük bəyannaməsində göstərilməyən, XIX əsrin 2-ci yarısında köhnə Rus əlifbası ilə çap olunmuş dini məzmunlu, tarixi əhəmiyyət kəsb edən 1 ədəd “Svəhennoe Evanqelie” kitabı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed