Şrift:
Dağıstanda kilsədə silahlı insident nəticəsində ölənlərin sayı beş nəfərə çatıb
19.02.2018 [10:40] - Dərbənd
Dağıstanın Kizlər şəhərində yerli sakinin Maslenitsa bayramının iştirakçılarına atəş açması nəticəsində ölənlərin sayı beş nəfər çatıb.

Rusiya mətbuatının yazdığına görə, Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə insanlara atəş açan şəxs Dağıstanın Tarumosk rayonunun sakini 22 yaşlı Xəlil Xəlilovdur. O, cavab atəşi nəticəsində öldürülüb.

Hadisə nəticəsində dörd qadın kilsənin həyətində, daha bir qadın isə xəstəxanada ölüb. Yaralılardan üçü Rusiya Milli Qvardiyasının əsgərləridir.

Rusiya Təhqiqat Komitəsinin Dağıstan Respublikası üzrə İdarəsindən bildiriblər ki, hadisə ilə bağlı cinayət işi açılıb.

Fəridə Abdullayeva
Bu xəbər oxucular tərəfindən 42275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed