Şrift:
Azərbaycan XİN Suriya ilə Türkiyə arasında yaranmış gərginliyə münasibət bildirib
25.06.2012 [14:39] - Xəbərlər, Türk dünyası-Turan
“Azərbaycan Türkiyə ilə Suriya arasında baş vermiş insidenti pisləyir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, bu hadisə gərginliyin aradan qaldırılması və münasibətlərin yaxşılaşmasına xidmət etmir: “Bu cür hadisələr dəqiq və ciddi şəkildə araşdırılmalıdır. Azərbaycan tərəfləri bu olayla bağlı təhqiqat aparmağa çağırır”.
E. Abdullayev qeyd edib ki, Azərbaycan hər zaman qardaş Türkiyəni dəstəkləyir.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 silahsız kəşfiyyat təyyarəsi iyunun 22-də qısa müddətə Suriyanın hava sərhədlərini pozduqdan sonra beynəlxalq hava məkanında Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təyyarənin iki pilotunun öldüyü güman olunur.
Bu xəbər oxucular tərəfindən 1338 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed