20.02.2018 [11:42] - Diaspor
Bu, onun birinci və sonuncu xeyriyyəçiliyi deyil
Azərbaycanın tanınmış iş adamı, xeyriyyəçi, «Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nun prezidenti, Avropa Azərbaycan Konqresinin birinci vitse-prezidenti Fizuli Məmmədov Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş qazilərə növbəti dəfə mənzil verəcək. Bu haqda xəbəri Musavat.com-a Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun mətbuat xidmətindən alıb.
Xəbərdə bildirilir ki, fevral ayının 18-də Fizuli Məmmədov Azərbaycan xalqının ümummili lider Heydər Əliyevin mayın 10-da baş tutacaq 95 illik yubileyi ərəfəsində daha 5 Qarabağ qazisinə mənzil bağışlamaq qərarını açıqlayıb.
Verilən xəbərə görə, hər bir mənzil Avropa stilində təmir ediləcək və məişət avadanlığı ilə təmin olunacaq.
Artıq xüsusi komissiya mənzil alacaq qaziləri də müəyyən edib. Qərara görə bu dəfə Xəzər Əbdürrəhmanov, Kamil Musəvi, Eşqin Hüseynov, Arzu Məmmədov, İlkin Talıbov Vətən qarşısında xidmətlərinə görə mənzillə mükafatlandırılacaqlar.
Press-relizdə bildirilir ki, adları çəkilən qazilər Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünün qarşısının alınmasında xüsusi rəşadət göstərdikləri üçün mükafatlandırılır.
Qeyd edək ki, iş adamı, xeyriyyəçi Fizuli Məmmədov buna qədər də bir neçə dəfə ehtiyacı olan şəhid və qazi ailələrin mənzillər hədiyyə edib. Bu haqda açıqlamalarında Fizuli Məmmədov bildirib ki, bundan sonra da Vətən qarşısında xidmətləri olan şəxslərə və onların ailə üzvlərinə dəstək aksiyalarını davam etdirəcək.
Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun press-relizində iş dünyasındakı ünlü isimlərə çağırış da var:
”Sizi Vətənimizin bütövlüyü uğrunda canını fəda edən zabit və əsgərlərimizə dayaq olmağa çağırırıq. Hər birimizin Vətəni olan Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarımızın toxunulmazlığı onların xidməti sayəsində başa gəlir. Azərbaycan ordusunun hər bir əsgəri Vətən torpağının işğaldan azad edilməsi kimi müqəddəs bir görəvi həyata keçirməkdədir. Bu xidmətlərinə görə Azərbaycan əsgərinin qarşısında baş əyir və onları sosial problemlərlə baş-başa qoymamaq üçün imkanlarımızı səfərbər edəcəyimizi bəyan edirik. Unutmayaq ki, şanlı ordumuz dövlətimizin sütunu, millətimizin qürurudur”.

Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |