20.02.2018 [11:44] - Xəbərlər, DAVAMın yazıları
Avropada mühacirətdə olan azərbaycanlılar Vətənimizin azadlığı uğrunda siyasi mübarizələrini davam etdirməklə Azərbaycan ailə mədəniyyətinin də qorunub saxlanılmasına çalışıblar. Onlar üçün bu məsələ siyasi fəlaiyyətləri qədər önəmli rol oynayıb. Bu səbəblə də Almaniyada fəaliyyət göstərən Azərbaycan Milli Birlik Məclisinin adından mayor Əbdurəhman Fətəlibəylinin milli ailə adət-ənənələrini saxlamaq niyyəti ilə həmyerlilərini ancaq türk mənşəli qadınlarla evlənməyə çağıran müraciəti də dərc edilmişdi. (Məmməd Cəfərli “Azərbaycan legion ədəbiyyatı” 2005.) Enter.News həmin müraciəti təqdim edir:
“Bütün Azərbaycan türklərinə.
İndiki görünməmiş müharibədə biz öz sevimli Azərbaycanımızın azadlığı və xalqımızın ölüm fəlakətindən xilas edilməsi uğrunda mübarizə edirik. Arzumuz türk kültürümüzü, adət və ənənələrimizi mühafizə edə bilmək, türk qanımızı təmiz saxlamaqdan ibarətdir.
Odur ki, bütün qüvvələrimiz bu müqəddəs arzulu mübarizədə qalib gəlmək üçün səfərbərliyə alınmışdır.
Lakin, çox əfsus ki, bəzi yurddaşlarımız bu odlu mübarizə içərisində xaricilərlə evlənmək fikrinə düşür və öz türklük ənənəmizi pozurlar.
Bunu nəzərə alaraq əsli türk olmayanlarla evlənməyi Azərbaycan Milli Birlik Məclisi adından hər bir Azərbaycan türkünə qadağan edirəm.
Türk qanı təmizliyini mühafizə etmək hər bir Azərbaycan türkünün müqəddəs borcudur.
Azərbaycan Milli Birlik Məclisi adından: mayor Fətəlibəyli."
Təqdim etdi: Rəşad Sahil

Bu xəbər oxucular tərəfindən 743 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |