20.02.2018 [11:47] - Gündəm, Türk dünyası-Turan
Bişkekdəki “Turar” nəşriyyatında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində çap olunub.
AZƏRTAC xəbər verir ki, kitabı qırğız dilinə Bekten Dıykanbay tərcümə edib. Dünyanın müxtəlif dillərində nəşr edilmiş kitabda son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Nəşrdə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və işğalçılıq siyasəti, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. Xüsusilə XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir.
Müəllif 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı həyata keçirilən cinayətləri, xüsusilə dinc əhaliyə qarşı törədilən vandalizm aktlarını xarici mənbələrə əsasən geniş təhlil edir. Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Kitabda Xocalı soyqırımının tanınması ilə bağlı qəbul edilən sənədlər müxtəlif dillərdə verilib. Kitab xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
“Tarixdə görünməmiş müsibət” adlı “Ön söz”də Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov qeyd edir ki, uzun müddət ictimai-siyasi fəaliyyətlə məşğul olan elmlər doktoru, professor Əli Həsənov siyasət, geosiyasət və beynəlxalq münasibətlərə həsr olunan müxtəlif əsərlərin müəllifidir. Bu kitab Dağlıq Qarabağ münaqişənin ən qanlı soyqırımlarından birinə həsr olunub. Xocalı soyqırımı XX əsrin digər dəhşətli faciələri – Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi faciələrlə bir sırada dayanır.
“Ön söz”də deyilir ki, ermənilərin Azərbaycanın tarixi ərazilərinə qarşı iddiaları hələ 1918-1920-ci illərdən başlayıb, İrəvan xanlığı və Zəngəzurda yaşayan azərbaycanlılara qarşı soyqırımları törədilib. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının yeni mərhələsi 1988-ci ilin fevral ayından başlayıb. Onlar Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin Ermənistana birləşdirilməsi ilə bağlı qeyri-qanuni tələblərlə çıxış edib, bu tələblər Ermənistan SSRİ-nin rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənib. 1988-1989-cu illərdə azərbaycanlılara qarşı törədilən deportasiya nəticəsində 214 nəfər soydaşımız öldürülüb.
Bildirilir ki, 1992-1993-cü illərdə Dağlıq Qarabağ və ona bitişik olan yeddi rayon, yəni Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası cinayətkarları məsuliyyətə cəlb etmək üçün dünyanın bütün qüvvələrini səfərbər edir. Qeyd olunur ki, hadisələrdən 26 il keçməsinə baxmayaraq, Xocalıda soyqırımı törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar. Bu cür cəzasızlıq regionda sülhün əldə edilməsi və ədalətin bərpası üçün ciddi maneədir. Hazırda da Ermənistanın hərbi qüvvələri atəşkəs rejimini hər gün pozaraq, Azərbaycanın dinc əhalisini və mülki obyektləri atəşə tutur, bu da insanların ölümünə səbəb olur.
Kitab müəllifinin əsas məqsədi soyqırımın dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq və bütün bəşəriyyəti zorakılığa qarşı mübarizədə birləşdirərək, cinayət törədənlərin məsuliyyətə cəlb edilməsidir.
Nəşrin fotoalbom hissəsinə Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotoşəkillər, Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin xəritələri daxil edilib.
Qulu Kəngərli

Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |