Şrift:
İranın Quru Qoşunlarının baş komandanı: “Silahlı Qüvvələr və “Sepah” ortaq hərbi təlimlər keçirəcək”
26.06.2012 [11:08] - Güney Azərbaycan xəbərləri
“İran Silahlı Qüvvələri və İslam İnqilabı Mühafizəçilər Korpusu (“Sepah”) bu ilin ikinci yarısında təkrar ortaq hərbi təlimlər keçirəcək”.Bunu İranın Quru Qoşunlarının baş komandanı, general-mayor Əhmədrza Purdastan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ildə 2-3 dəfə keçirilməsi planlaşdırılan ortaq hərbi təlimlər İranın cənub şərqində baş tutacaq: “ İranın Rusiya, Çin və Suriya ilə ortaq hərbi təlimlər keçirməsi üçün rəsmi bir proqram yoxdur. Lakin Silahlı Qüvvələrimizin Baş Qərargah rəisinin uyğun bildiyi vaxtda bu kimi təlimlərə qatıla bilərik”.
Ə. Purdastan əlavə edib ki, Tehrana qarşı sanksiyalar davam edəcəyi təqdirdə, İran Hörmüz boğazını bağlaya bilər: “İran xalqı düşdüyü təhlükədə öz mənafeyini müdafiə etmək üçün bütün imkanlarını səfərbər edəcək. Hörmüz boğazı da bu imkanlardan biridir”.
O sentyabrın 21-də keçiriləcək Müqəddəs Müdafiə Həftəsində İran Silahlı Qüvvələrinə aid yeni müdafiə təchizatlarının nümayiş etdiriləcəyini də bildirib.
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed