22.02.2018 [10:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycanda birinci vitse-prezident təyinatından bir il ötdü. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın vitse-prezident olduğu bir il ərzində onun fəaliyyəti ilə bağlı mövqelər birmənalıdır.
Hər kəs vitse-prezident postunun yaradılmasını və bu posta M.Əliyevanın təyinat almasını yüksək dəyərləndirir, son bir ildə onun Azərbaycan üçün mühüm işlər gördüyünü, gələcəkdə də uğurlu fəaliyyətinin davam edəcəyini düşünür.
Deputat Zahid Oruc vitse-prezidentin fəaliyyətinin bir ilini yüksək dəyərləndirdi: “Hələ Azərbaycanda 90-cı illərdə prezidentlik postu yaradılanda bu postun ciddi fəaliyyətini görmürdük, ölkədə xaos baş alıb gedirdi. O zamanlar Avropada fəaliyyət göstərən bu postu Azərbaycanda görə bilmirdik. Prezidentlərin həyatına diqqət etsəniz xatırlamazsınız ki, sözügedən şəxslərin özləri ilə bərabər xanımları da dövlət yükünün altına çiyinlərini versinlər. Ulu öndərin həyat yoldaşı Zərifə Əliyevanın vaxtsız həyatdan getməsi ilə qeyd etdiniz institutu biz o zamanlar da görə bilmirdik. Mehriban xanımın timsalında Azərbaycanda Şərq qadınının yeni bir obrazını gördük.
Zahid Oruc: “Azərbaycanda Şərq qadınının yeni bir obrazını gördük”
Bu bir tərəfdən də dövlət başçısının fəaliyyətini tamamlayan bir təyinat oldu. Azərbaycan qadınına münasibəti yetərincə yüksək səviyyəyə qaldırdı. İdarəetmədə bu post mühüm rol oynayır. İlham Əliyev-Mehriban Əliyeva cütlüyü ailə modeli olaraq cəmiyyətimizə təsir göstərdi. Əslində bu posta təyinat zamanı müxtəlif dairələrdən reaksiyası gəldi və Azərbaycan cəmiyyətinin bu təyinata reaksiya çox yüksək oldu, bunu onun konstitusion, doğal haqqı kimi dəyərləndirdi. Prezidentin həyat yoldaşı olmaq bu məsələdə mane olmamalı idi, olmadı da. Məcburi köçkünlərimizin yaşamasını təmin edəcək layihələrə dəstək verilməsi çox mühüm addım idi və düşünürəm ki, bu özünü göstərdi. İnsanlar ən çətin durumda olduqları vaxt ilk olaraq ağıllarına Heydər Əliyev Fondu və bunun rəhbəri Mehriban xanım gəlir. Mehriban xanım xeyirxahlıq və kömək simvolu kimi görünür. Sosial, humanitar yönlü işlərdən əlavə, ən önəmlisi mənim anlamımda o oldu ki, prezidentlik postunun daha dayanıqlı olması üçün, eləcə də ölkənin gələcək həyatına bağlı müxtəlif situasiyalardan Azərbaycan daha yaxşı özünü qorumaq üçün vitse-prezidentlər institutunun yaradılması çox mühüm rol oynadı. Mən bunu siyasi tərəflərini digər amillərdən önə qoyuram. Etiraf etmək lazımdır ki, 27 il müstəqil olan dövlətlərin daha dayanıqlı, oturuşması zaman alan dövrdür. Xəyal quranlar, müxtəlif ssenarilər hazırlayanlar var idi. Bunlar kimlərisə başqa ssenarilər hazırlamağa vadar edə bilərdi. Bu cəhətdən Mehriban xanımın missiyası əvəzolunmazdır. Onun fəaliyyəti çox uğurludur. Buna siyasi deyil, bir qədər loyal mövqedən yanaşma göstərəndə dediyiniz həqiqəti bölüşməliyik”.
Fərəc Quliyev: “Seçkilərdən sonra bu post özünü daha ciddi şəkildə doğruldacaq”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev M.Əliyevanın bu posta təyinat almasından əvvəllər onun fəaliyyətinin göz önündə olduğunu söylədi: “Hər zaman ciddi fəaliyyətdə olub, xüsusilə humanitar sahələrdə. Bir neçə qanun layihəsi ilə çıxış edib. Amnistiya aktının qəbulunun təşəbbüskarıdır. Azərbaycan mədəniyyətinin tanıdılması ilə bağlı da böyük işlər görüb. Vitse-prezident təyin olunmamışdan əvvəl bir sıra işlər başlatmışdı ki, son bir ildə bunları davam etdirdi. Bu post ona bir sıra işləri görmək üçün daha geniş imkanlar açdı. Hesab edirəm ki, vitse-prezidentlər postunun yaradılması ölkə prezidentinin işlərini asanlaşdıran amillərdən biri oldu. Düşünürəm ki, 11 apreldəki prezident seçkilərindən sonra bu post özünü daha ciddi şəkildə doğruldacaq”.
Tahir Kərimli: “Vitse-prezidentin mənfi tərəflərini görə bilmirəm”
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli hesab edir ki, vitse-prezidentlər postunun yaradılması ilk növbədə, dövlətin və hakimiyyətin dayanıqlı olması üçün baza yaratdı: “Bununla mənəvi, siyasi hüquqi baza yaradıldı. Bir sıra ölkələr kimi bizdə də hakimiyyət dəyişikliyinin müxtəlif üsulları axtarıla bilərdi. Bildiyiniz kimi, bizim hakimiyyət olan AXC dövründə prezident olmayanda onu Milli Məclisin rəhbəri əvəz edirdi. Sonralar baş nazir ikinci pilləyə keçdi. Fors-major olduğu vəziyyətlərdə bu amillər çox asanlıqla hakimiyyət dəyişikliyinə səbəb ola bilərdi. Nəticədə kimlərinsə qanunsuz hakimiyyəti ələ keçirməsinə şərait yarana bilərdi. Amma vitse-prezidentlik institutu yaradılandan sonra artıq hər kəsə məlumdur ki, bu indi mümkün deyil. Hakimiyyətin konstitusion, struktural möhkəmliyi var. Yəni hər hansı bir yüksək vəzifədə olmaqla hakimiyyəti mənimsəmək mümkün deyil. Bu baxımdan Azərbaycanda hakimiyyətin mənimsənilməsi məsələsi arxa plana keçdi. Vitse-prezident bizdə sosial yöndə də çox mühüm işlər görür. Bu istiqamətdə də ciddi irəliləyişlər var. İdarəetmədə də vitse-prezidentin müstəsna rol oynadığını əminliklə söyləyə bilərik. Eyni zamanda, xarici siyasətdə də vitse-prezident fəaldır. Azərbaycan mədəniyyətinin və digər sahələrin dünyada tanıdılmasında da Mehriban Əliyevanın rolu ortadadır. Bunun üstünlüklərini görürəm. Hələ ki vitse-prezidentin mənfi tərəflərini görə bilmirəm. Amma bu o demək deyil ki, biz hakimiyyətin strategiyasını müdafiə edirik. Mənfiliklər görmürəmsə, necə deyə bilərəm ki. Bir halda ki ölkəmizdə bu institut var, o zaman hökumət daxilində də bəzi islahatların aparılmasına ehtiyac görünür. İlk növbədə, paralellik aradan qaldırılmalıdır. Güman edirəm ki, yeni seçiləcək prezident bu məsələlərə gedəcək. Paralelliyin aradan qaldırılması çevik idarəetməni təmin edir. Lənglik yaradan strukturların aradan qaldırılmasına çox böyük ehtiyac var. Buna da inanıram ki, belə bir islahatlar prezident seçkilərindən sonra mütləq keçiriləcək”.

Cavanşir ABBASLI
Bu xəbər oxucular tərəfindən 1190 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |