Şrift:
Əlimərdan bəy Topçubaşovun qaynanasına məktubu - Sizin qızınızı sevirəm...
22.02.2018 [10:50] - Xəbərlər, DAVAMın yazıları
Adətən böyük mənada dava adamlarının işlərinə nəzər yetirdikcə onların heç də incəqlbli olduqlarını düşnümürük. Elə təəssürat yaranır ki, onlar elə siyasi və ideoloji mübarizədə olduğu kimi hər zaman sərt və daş ürəklidirlər. Ancaq sən demə heç də elə deyilmiş. Bunu onların yazdıqları məktublarından da görmək olar. Belə məktublardan birini də XX əsrin əvəllərində qurulan Azərbaycan Cümhuriyyətinin parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşov gənclik illərində qaynanası – Həsən Bəy Zərdabinin xanımı Hənifə xanıma yazıb. Məktubda Topçubaşovun nə qədər incə qəlbli, həssas bir şəxs olduğu görünür. Enter.News zərdabişünas Eldəniz Həsənovun araçdırmalarından əldə etdiyi həmin məktubu təqdim edir:

“Çox hörmətli və əziz ana!

“Ana” kəlməsi mənim üçün o qədər əziz səslənir və həyatımda ilk dəfə elə böyük zövqlə çox dərin mənası olan və bu günə qədər mənim üçün izahedilməz qalan bu sözlə Sizə müraciət edirəm!

İndi ilk dəfə mən bu sözü şüurlu surətdə və böyük ümidlə ifadə edirəm ki, mən Sizin ana ürəyinizdə hüznlü bir səda tapacağam, hansı ki, bu gündən etibarən (özümə inam tapmaq ümidi ilə) mənim çox sevimli Pərim ilə birlikdə Sizin övladlarınız arasında mənə də lazımi yer ayrıla bilər. Mən belə cəsarət və qətiyyətlə danışıram, halbuki Sizdə olan nəvazişi hələ görməmişəm, Sizi görüb, Sizi öpməmişəm, amma bilirəm Sizin münasibətinizi qazanacaq və ya Sizin əsas şərt və tələblərinizi qane edəcəyəm, dediyiniz kimi, kim Sizin kürəkəniniz olmaq xoşbəxtliyini qazanmaq istəyirsə, ilk növbədə Sizin qızınızı sevməlidir.

Bəli, əziz ana, mən Sizin tələblərinizə cavab verirəm, başqa sözlə, mən mənim əvəzsiz Pərimi sevirəm, onu şərəfli və nəcabətli bir məhəbbətlə sevirəm, həyat yoldaşım kimi, özümə bərabər bir yoldaş kimi sevirəm.

Hansı ki, bundan sonra mənim sevincimi və kədərimi bölmək taleyi düşür, belə ki, mənim üçün huri-mələk rolu oynayır ki, bu gündən o, mənim ideyala­rımın qayəsini, zəhmət və məqsədini təşkil edərək mənim həyatımı bəzəyəcək, bizim müqəddəs amallarımızın birgə həlli yolunda ona daha çox enerji və güc verəcək, həm də cəhalət qaranlığında çapalayan bədbəxt müsəlmanlarımızın maarifləndirilməsi kimi şərəfli bir işin həyata keçirilməsi üçün xeyir verəcək.

Bir sözlə, mən Sizin qızınızı sevirəm, bir həyat yoldaşı kimi isə şərəflə, həqiqətən hərarətlə inanıram ki, mənim ona olan münasibətimi bu gündən heç nə dəyişə bilməz, əksinə, ailə həyatımizın hər günü mənim əziz Pərimə qarşı olan məhəbbətimi artırır. Belə ki, mənim böyük xoşbəxtliyim naminə o da mənə eyni qaydada mərhəmət göstərir.

Buna görə də, əgər mənim Pəriyə qarşı məhəbbətimin müqəddəsliyinə və səmimiliyinə dair sözlərim Sizin üçün qənaətbəxş deyilsə, onda bundan sonra mənə gözləmək qalır, o vaxta kimi ki, Pərim, öz dəlil və sübutları ilə Sizi şəxsən inandırsın, hansı ki, Sizdən heç nə gizlədə bilməz və şəhadətnamə Sizin üçün mənim sözlərimin həqiqiliyinə inanana qədər təsəlli olar ki, bu haqda mən Sizə yazıram:

Pərini mən o qədər sevirəm ki, əlbəttə, ona yaxın olan şəxsləri o qədər sevməyə bilmərəm, hansı ki, bu gündən mənim ürəyimə yaxın olurlar. Düzdür, hələlik mən yalnız çox hörmətli atanı və sevimli Midhəd qardaşı görmüşəm, lakin mən təkcə onları sevmədim, qiyabi surətdə də olsa, mənim əziz anamı yə balaca bacı və qardaşımı sevdim və ümidvaram ki, öz keyfiyyətlərimlə onlarda özümə qarşı hörmət hissi qazana bilməsəm də, yenə də Pəriyə olan 'məhəbbətimlə onların hörmətini qazanacağam.

Yalnız mənim üçün yeganə “son ümid” yeri olmasına əsaslanaraq və bütünlüklə bəraət qazanaraq, ümidvar olduğumu bildirirəm ki, Siz məni bağışlayacaqsmiz, mən bu dəfə bircə ona görə susuram ki, nə üçün, mən indiyə qədər Sizə yazmamışam, ikincisi ona görə ki, nə üçün bizim toyumuz başqa cür yox, məhz belə quruldu: bu izahata və suallara cavabları Sizinlə şəxsən görüşənə qədər saxlamağı lazım bildim, hansı ki, Pəri ilə mən birlikdə həsrətlə və səbir­sizliklə başqa daha münasib vaxtda qohum kimi ürəkdən danışa bilərik. Hələlik isə, Şizə Pərinin və Midhədin sağlığını xəbər verirəm, Sizin qarşınızda baş əyi­rəm, Sizi və uşaqları qiyabi öpürəm, Sizə ürəkdən hörmət edən və sevən Sizin kürəkəniniz Əlimərdan Topçubaşov, 29 yanvar 1894-cü il, Tiflis ş.”.

Təqdim etdi: Rəşad Sahil
Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed