26.06.2012 [11:45] - Diaspor
Vyanada “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda forum keçiriləcək.
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu İctimai Birliyinə (ASAIF) istinadən xəbər verir ki, forum 26-27 oktyabr tarixlərini əhatə edəcək.
Vyana forumu Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycanın Avstriyadakı Səfirliyi, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyi və Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.
Forum çərçivəsində Azərbaycan Respublikasının rəsmiləri və ekspertləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparacaqlar.
Hal-hazırda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələr, magistrlar və doktorantlar forumda iştirak etmək üçün müraciət edə bilərlər.

Bu xəbər oxucular tərəfindən 1169 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |