Şrift:
Fərəc Quliyev Milli Məclisin 23.02.2018-ci il tarixli plenar iclasında 3 mühim təkliflə çıxış etdi (audio)
23.02.2018 [15:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bugünkü plenar iclasında 2 çıxış edərək 3 mühüm təklif irəli sürüb.

O, ilk şəxsiyyət vəsiqələrinin verilməsi zamanı soyadların milli sonluqlarla yazılmasının məcburi xarekter almasını təklif edib.

Bundan əlavə deputat qondarma “erməni soyqırımı”nı tanıyan Hollandiya hökumətinə Xocalı soyqırımını da tanıması üçün müraciət göndərilməsini təklif edib.

Partiya sədri süni qiymət artımının qarşısının alınması ilə bağlı da dövləti tədbirlər görməyə səsləyib.

Fərəc Quliyevin həmin çıxışlarının tam mətnlərini və səs yazısını təqdim edirik:


"Biz bugün dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi haqqında müzakirə edəcəyik. Orda bir məsələ vardır,bu 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindəki rüsumla bağlıdır. Amma mən başqa məsələyə toxunmaq istəyirəm. Biz uzun müddətdir ki, soyadlarla bağlı olaraq müəyyən müddəalar qəbul etmişik, müəyyən addımlar atmışıq amma hesab edirəm ki, soyadların dəyişdirilməsi, milliləşdirilməsi ilə bağlı olaraq ciddi addımlar atılmır. Xüsusən orta və yaşlı nəsil ilə bağlı olaraq bu məsələ biraz anlaşılandır. Amma indi bizim əlimizdə o imkan var ki, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarıki ilkin şəxsiyyət vəsiqələri alırlar, bu vəsiqələrdə soyadlarının dəyişdirilməsi məcburi xarakter alan bir müddəa qəbul edək. Vətəndaşlar bu sənədləri alanda mütləq təkliflərin versinlərki, milli sonluqla olan bir soyadı qəbul olunsun. Hətta belə bir zəruri addımda qoymaq olar ki, əgərvətəndaş tərəfindən bu təklif olunmazsa, onda müvafiq icra hakimiyyəti orqanı özü bir neçə təklif verə bilərki, bunlardan birisini qəbul edin. Yəni bütün hallarda mütləq şəkildə bu dəyişdirilsin. Biz indidən bu proseduru başlatsaq, 19-cu ildən deyək ki, artıq Azərbaycanda bütün şəxsiyyət vəsiqələrində soyadlarının milli sonluqla tamamlanmasına nail ola bilərik .Bu kərpic əvvəl-axır qoyulmalıdır.
İkinci məsələ. Mən artıq Xocalı soyqırımı ərəfəsində olduğumuz üçün bu məsələyə toxunmaq istəyirəm. Hollandiyada erməni soyqırımı ilə bağlı qanun qəbul olunub. Mən təklif edirəm ki, Milli Məclis Xocalı soyqırımı ilə bağlı olan müvafiq sənədləri və bir etiraz məktubunu Hollandiya hökumətinə göndərsin və bildirsin ki, yaxın tarixdə, hamının gözü qarşısında baş vermiş soyqırımdır, buyurun, bunu tanıyın. O digər soyqırım kimi tanıdığınız hadisəni də Türkiyə tərəfdən təklif olunan komissiya ilə araşdırın. Məncə Milli Məclis bu məsələyə biganə qalmamalıdır. Təşəkkür edirəm."

İkinci çıxış.

"Mən əvvala Eldar müəllimə təşəkkür edirəmki, onun komitəsi həmişə qida təhlükəsizliyi bağlı çox yaxşı qanun layihələri ilə çıxış edib. Cənab Prezidentin də qeyri-neft sektorunun inkişafı ilə bağlı, kənd təsərrüfatı ilə bağlı atdığı addımlar artıq ölkədə qeyri-neft sektorunun prioritet bir sahəyə çevrilməsinə ,xeyli dərəcədə ərzaq təhlükəsizliyimizin təmin olunması üçün böyük bir meydanın verilməsinə gətirib çıxarıb. Mən bir başqa məsələyə toxunmaq istəyirəm ki, xüsusən bayram qabağı bahalaşma ilə bağlı olaraq bu məsələ nəzarətə götürülməlidir. İndi qarşıdan Novruz bayramı gəlir, bizim adət-ənənəmizə uyğun olaraq başqa bayramlarda olmasa da bu bayramda hər kəs süfrəsini biraz zəngin saxlamağa çalışır. Bizdə bu qədər qeyri-neft məhsulları, kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda bazarda qiymətlər enməlidir, çünki daxildə istehsal çoxdur. İstehlakçılar artıq daxili bazardan tələbat malları alırlarsa, demək ki ,xaricə nisbətən daha ucuz qiymətlərə alırlar. Ucuzlaşma əvəzinə bahalaşmanın olması absurd bir məsələdir, mən hesab edirəmki, müvafiq icra strukturları yenə monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdırlar. Bayaq Eldar müəllim çıxış etdi, dediki, tarladan süfrəyə bir qida zənciri mexanizmi vardır, amma tarladan bazara, bazardanda istehlakçının süfrəsinə qədər o yoldakı baryerləri aşmaq üçün tədbirlər görülməlidir ki, birbaşa istehsal edənlərin bazara çıxmaq imkanları olsun. Arada vasitəçilik edənlər qiymətlərə təsir edə bilməsinlər. Süni şəkildə qiymətləri qaldırmasınlar. Ola bilər bu biraz bəsit məsələ görünsün amma aztəminatlı ailələr üçün bu çox mühim məsələdir. Bayram ərəfəsində qiymətlər qalxır və bir daha düşmür bu qiymətlər. Ona görə mən hesab edirəmki bizim qəbul etdiyimiz qərarlar çox mütərəqqi, əhalinin əsasən aztəminatlı hissəsinin əhvalına müsbət təsir edən qərarlardır, amma icrası üçün və xüsusən süni şəkildə bahalaşmanın qarşını almaq üçün müəyyən tədbirlər görülməsi də vacib şərtdir.
Təşəkkür edirəm."

Bu xəbər oxucular tərəfindən 2772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed