26.02.2018 [10:24] - Diaspor
Azərbaycanlı tələbələr İtaliyada Xocalı Faciəsinin 26-cı ildönümü ilə əlaqədar aksiya keçirəcəklər.
Bu barədə Azərbaycan-İtaliya Gənclər Assosasiyasının (AİGA) həmsədri Emin Rüstəmov Modern.az saytına məlumat verib. O bildirib ki, aksiya Romanın “Piazza dei Santi Apostoli” meydanında baş tutacaq:
“Bu gün AİGA tərəfindən anım tədbiri , eyni zamanda sakit aksiya keçiriləcək. Qeyd etdiyim meydanın seçilməsinin əsas səbəbi həmin yerdə turistlərin daha çox olması, eyni zamanda meydanın hökümət və dövlət binaları ilə əhatə edilməsidir. Tədbir saat 10-00-dan 12-00-a qədər davam edəcək”.
E.Rüstəmov qeyd edib ki, bu ilki tədbir daha fərqli olacaq:
“Sakit aksiya keçirdikdən sonra italyan və ingilis dilində olan materialları, broşurları turistlərə təqdim edərək onlara Xocalı soyqırımı haqqında məlumat verməyi düşünürük. Qeyd edim ki, tədbirin həyata keçirilməsi üçün müvafiq qurumlardan icazə alınıb və təhlükəsizlik Roma polisi tərəfindən təmin olunacaq”.

Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |