26.06.2012 [12:20] - Güney Azərbaycan xəbərləri
Əhli-haqq təriqətinə mənsub soydaşımız Yunis Ağayanı edamdan qurtarmaq üçün internetdə İmzatoplama Kampaniyası başladılıb.Qeyd edək ki, Yunis Ağayan 2004-ci il Qoşaçayın Üçtəpə kəndində Əhli-haqq (Ələvi) təriqətinə mənsub bir neçə soydaşımızla polis qüvvələri arasında baş verən silahlı qarşıdurmada tutuqlanıb və edama məhkum edilib.Beynəlxalq Əfv Təşkilatı 2009-cu ilin aprel ayında İran hökumətindən istəyib ki, Yunis Ağayan barədə çıxarılan edam qərarı ləğv edilsin və digər məzhəblərə aid mərasimlərinin keçirilməsinə şərait yaradılsın.Yunis Ağayana ikinci həyat şansı vermək üçün aşağıdakı “Petition”ı imzalayıb və öz tanışlarınıza göndərə bilərsiniz:
http://tinyurl.com/7xsdm9f
http://tinyurl.com/7xsdm9f
Bu xəbər oxucular tərəfindən 956 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |