26.06.2012 [12:25] - Güney Azərbaycan xəbərləri
Zindan məsulları Təbrizin mərkəzi zindanında saxlanılan soydaşımız Məhəmmədhüseyn Cəfərpurun şərti azadlığa buraxılmasına razılıq veriliblər.Qondarma casusluq ittihamı ilə tutuqlanan Cəfərpur, 9 aydan çoxdur Təbrizin mərkəzi zindanında saxlanılır.Soydaşımız Bakı universitetinin beynəlxalq əlaqələr üzrə məzunudur. O, ETTELAAT idarəsinin (İran Kəşfiyyat Nazirliyi) düzənlədiyi dosye əsasında 1 il 6 ay həbsə məhkum edilib. Cəfərpur artıq iyunun 23-də şərti azadlığa buraxılıb.Qeyd edək ki, adını çəkdiyimiz soydaşımızın şərti azadlığı barədə birinci diləkçəyə müsbət cavab verilməyib. Lakin ikinci diləkçəyə olumlu cavab verilib.
Bu xəbər oxucular tərəfindən 1290 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |