27.02.2018 [10:17] - Borçalı
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili fevralın 26-da Marneuli rayonunda azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşüb.
Görüş Gürcüstanda elan olunmuş “Müstəqillikdən azadlığa - respublikanın 100 illiyi” kampaniyası çərçivəsində reallaşıb.
Görüşdə Gürcüstan Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə sualı cavablandırıb. Gürcüstanın münaqişə ilə bağlı vəziyyəti izlədiyini bildirən Giorgi Marqvelaşvili deyib: “Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarıdır”.
Sonra Prezident ölkəsinin müstəqillik uğrundakı mübarizə tarixindən, üzləşdiyi problemlərdən və əldə etdiyi uğurlardan danışıb. Dövlət başçısı Gürcüstandakı azərbaycanlıların cəmiyyətdə çox fəal olduqlarını bildirib.
Xətayi Əzizov

Bu xəbər oxucular tərəfindən 966 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |