27.02.2018 [10:20] - Diaspor
Azərbaycanın Budapeştdəki səfirliyinin təşəbbüsü və birbaşa dəstəyi ilə Macarıstanın Pecs şəhərində fəaliyyət göstərən universitetlərdə təhsil alan azərbaycanlı tələbələr dinc etiraz aksiyası keçiriblər. Aksiyaya azərbaycanlı tələbələrlə yanaşı, Türkiyə, Macarıstan və digər ölkələrin tələbələri də qatılıb. Aksiya iştirakçıları Xocalı soyqırımına dair macar və ingilis dillərində kitab və broşürləri yerli əhali və turistlərə paylayıb, Xocalı faciəsi barədə məlumatlar təqdim ediblər.
Fevralın 26-da paytaxtı Budapeştin mərkəzində Xocalı faciəsi ilə bağlı digər bir tədbir təşkil olunub. Budapeştin “Qəhrəmanlar meydanı”nda toplaşan Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan tələbələr əllərində Azərbaycan və Türkiyə bayraqlarını tutaraq, şəhərin əsas meydanında çoxsaylı turistlərin və yerli əhalinin diqqətini cəlb ediblər. Aksiya zamanı Xocalı soyqırımı haqqında şəkil, buklet və səfirliyin təşəbbüsü ilə macar dilinə tərcümə edilmiş “Xocalı soyqırımı”, “Qarabağ” adlı kitablar paylanılıb, insanlara Xocalıda dinc əhaliyə qarşı ermənilər tərəfindən həyata keçirilmiş amansız vəhşiliklər və dəhşətli cinayətlər barədə məlumatlar verilib.
Daha sonra Budapeşt sakinlərinin diqqətini Azərbaycan tarixinin bu faciəli səhifəsinə yönəltmək məqsədilə şəhər meriyası ilə razılaşdırılmış avtomobil yürüşü təşkil edilib və üzərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı faciəsi ilə bağlı posterlər olan avtomobillərin təxminən iki saat ərzində polis maşınlarının müşayiəti ilə paytaxtın əsas küçə və meydanlarından keçidi təşkil edilib.
Bundan başqa, Azərbaycanın Macarıstandakı səfirliyinin binası önündə Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən və ingilisdilli xarici KİV-də dərc edilmiş məlumatlardan ibarət lövhələr yerləşdirilib və Xocalıda şəhid olmuş insanların fotoşəkilləri önünə tələbələr və yerli əhali tərəfindən gül və şamlar qoyulub.
Pərvanə Qarayeva

Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |