Şrift:
“Ermənilər “4T düsturu” əsasında fəaliyyətə cəhd edir”
28.02.2018 [16:08] - Xəbərlər, Hərb, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Dövlətimiz və diasporumuz arasında qarşılıqlı himayə mexanizmi mövcuddur”

Ötən il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti anım günü ilə bağlı dünyanın bri sıra dövlətlərində aksiyalar təşkil edildi, erməni vəhşiliyini ifşa edən tədbirlər keçirildi. Hansı ki, bu aksiyalarda xaricdə məskunlaşan soydaşlarımız, diaspor təşkilatlarımız da fəal rol oynadı.

Moderator.az-a açıqlamasında Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən aksiyaları şərh edən millət vəkili Fərəc Quliyev dövlət və diaspor arasındakı əlaqə və əməkdaşlığın təqdirəlayiq olduğunu vurğulayıb:

“Xocalı soyqırımı ilə bağlı bir sıra dövlətlərdə aksiyaların keçirilməsi, bəzi dövlət və ştatların bu soyqırımı tanıması dövlətimizin və eləcə də diasporumuzun uğurudur. Baş verənlərin təhlili göstərir ki, dövlətimiz və diasporumuz arasında qarşılıqlı himayə mexanizmi mövcuddur. Xocalı soyqırımını dünyaya tanıtmaq məsələsində irəliləyişlər var. Bu çox lazımlı bir işdir. Ermənilər qondarma soyqırım iddiası fonunda “4T düsturu” əsasında fəaliyyətə cəhd edir. Bunlar tanıma, tanıtmaq, təzminat və torpaqdır. Onlar bu iddia əsasında türk torpaqlarına göz dikiblər. Biz Xocalı soyqırımı ilə bütün dünyaya göstərməliyik ki, ermənilərin 1915-ci ildə soyqırımına məruz qalmaları ilə bağlı iddiaları cəfəngiyyatdır. Əksinə, soyqırımını onlar törədib. Hesab edirəm ki, həm dövlətimizin, həm də diasporumuzun bu istiqamətdəki xidmətləri qənaətbəxşdir”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 1050 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed