01.03.2018 [10:48] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Ermənilər dinc yolla torpaqlarımızı işğaldan azad etmirsə, təbii ki, dərhal hərbi əməliyyatlara başlamaq lazımdır”.
Elçin Mirzəbəyli: “Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin Avropa Azərbaycanlıları Konqresində verdiyi bəyanat və etdiyi çıxış bilavasitə Ermənistana xəbərdarlıqdır”
“Azərbaycan regionda ən döyüşkən və hərbi-texniki planda ən mükəmməl orduya malikdir. Azərbaycan hər il öz təhlükəsizliyinin təmin edilməsinə 3-4 milyard dollar xərcləyir. Dövlətimiz gücünü aprel müharibəsində də nümayiş etdirdi. Bir həftəyə, maksimum bir aya bütün işğal olunmuş ərazilərimizi qaytara bilərik”, - bunu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Azərbaycanlıların Avropa Konqresinin qurultayındakı çıxışında bildirib. Bu fikirlər fonunda demək olarmı ki, Qarabağ münaqişəsinin dinc yolla həllinin uzanması fonunda artıq Azərbaycan güc yolu ilə ərazi bütövlüyünü bərpa edəcək?
Milli Məclisin deputatı Fərəc Quliyevin fikrincə, Azərbaycanın topladığı hərbi gücün artıq işlədilməsi zamanı yetişib: “Əli Həsənovun Avropa Azərbaycanlıları Konqresində dediklərilə tamamilə bölüşürəm. Azərbaycanın regionda ən güclü orduya malik olması, istər aprel savaşında, istərsə də əvvəlki dövrlərdə olsun, əməldə də təsdiq olunub.
Azərbaycan torpaqlarını Rusiya işğal edib. İndi də məhz Rusiya işğalı aradan qaldırmağa maneə olur. Onlar mövcud status-kvonun saxlanılmasında maraqlıdır. Ermənilər Azərbaycan ordusunun qarşısında bir gün də dayana bilməzlər. Bunu hər kəs bilir. Amma məsələ ondadır ki, danışıqların heç bir mənası qalmayıb. Rusiyanın İrəvandakı səfiri bildirdi ki, bu məsələyə ATƏT-in Minsk qrupu məşğuldur. Ardınca deyir ki, Amerika ilə Fransa münaqişənin həllilə bağlı resept verə bilməz. Yəni, açıq şəkildə işarə etmək istəyir ki, bu ölkələr məsələni həll edə bilməzlər. Hər şey onun fikrincə, ancaq Moskvadan asılıdır. Ardınca da müəmmalı fikir bildirir ki, Ermənistanla Azərbaycan razılığa gəlsin. Bu iki ölkə razılığa gələcəksə, onda ATƏT-in Minsk qrupu nəyə lazımdır? Yaxud da digər iki həmsədr ölkə resept verə bilməzsə, niyə sizlər məsələnin həllinə maneə olursunuz?
Hər dəfə hakimiyyət dəyişikliyindən sonra Ermənsitan danışıqlardan qaçır və belədə prosesin uzanmasına çalışır. Böyük ehtimalla, Ermənkitanda olan seçkilərdən sonra payızda eyni şeylər yenidən təkrar olunacaq və İrəvan danışıqlardan qaçacaq. Ona görə də konkret olaraq zaman qoymaq gərəkdir. Müəyyən vaxta qədər ATƏT və yaxud digər beynəlxalq strukturlar dinc yolla məsələnin həllinə nail ola bilirlərsə, buyursunlar, etsinlər. Nail ola bilmirlərsə, hərbi əməliyyata başlamaq üçün Azərbaycanın həm hüquqi əsası var. Bunun üçün BMT-nin 4 qətnaməsi, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələr var.
Ermənilər dinc yolla torpaqlarımızı işğaldan azad etmirsə, təbii ki, dərhal hərbi əməliyyatlara başlamaq lazımdır. Bu fonda da heç kim bizə irad tuta bilməz. Hazırda ölkəmiz üçün beynəlxalq aləmdə də münbit şərait yaranıb. Orta Şərq, Suriyada baş verən hadisələri nəzərdə tuturam. Dünyada terrora qarşı ciddi mübarizə aparılır. Ona görə Azərbaycan da torpaqları azad etmək üşün əməliyyata başlasa, heç kim heç nə deyə bilməz. Hesab edirəm ki, artıq topladığımız hərbi gücün işlədilməsi zamanıdır”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli də qeyd etdi ki, düşməni yerində otuzdurmaq üçün artıq hərbi əməliyyatlara başlamaq zamanıdır: “Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin Avropa Azərbaycanlıları Konqresində verdiyi bəyanat və etdiyi çıxış bilavasitə Ermənistana xəbərdarlıqdır və Azərbaycan dövlət başçısının siyasi iradəsinə söykənir. Prezident də öz çıxışlarında Ermənistan işğala son qoymayacağı təqdirdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, ölkə Konstitusiyasının prinsiplərinin yerinə yetirilməsi üçün bütün müvafiq addımların atılacağını bəyan edib.
Eyni zamanda, ölkəmizin, Azərbaycan Ordusunun güclü potensiala malik olduğunu bildirib. Bu aspektdən yanaşdıqda, hörmətli Əli Həsənovun səsləndirdiyi fikirlər həm beynəlxalq ictimaiyyət, həm də təbii ki, Azərbaycan diasporu üzvlərinə yönəlib. Bununla diaspor üzvlərinə bir daha bildirildi ki, Azərbaycan qüdrətli dövlətdir, güclü ordusu var. Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən müasir silah və hərbi sursatına malikdir. Ölkəmizdə müdafiə sənayesi kompleksi inkişaf edir. Bu aspektdən də Ermənistan özünün işğalçı siyasətinə son qoymazsa, şübhəsiz ki, İrəvanın təcrid siyasəti daha da güclənəcək. Bu fonda da Azərbaycan öz torpaqlarını azad etmək üçün bilavasitə hərbi yola əl atacaq” .

Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 2486 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |