Şrift:
Ermənistan İranla viza rejiminin ləğvini istəyir
26.06.2012 [13:52] - Gündəm, Güney Azərbaycan xəbərləri
Ermənistanın İrandakı səfiri Qriqori Arakelyan iki ölkə arasında viza rejiminin ləğv olunmasını istəyib. “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu Q. Arakelyan İranın Şərqi Azərbaycan vilayətinin valisi ilə görüşündə deyib. O, yaxın günlərdə İran daxili işlər nazirinin və Şərqi Azərbaycan vilayətinin valisinin Ermənistana səfər edəcəyini bildirib: “Bu səfər hər iki ölkə arasında əlaqələrin daha da inkişafına səbəb olacaq. Ermənistan hökuməti İranla sərhəd əməkdaşlığını da dəstəkləyir. Sərhəd əyalətlərin əməkdaşlığı hər iki tərəf üçün də faydalıdır”.
Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed