Şrift:
"Türk Hava Yolları" Türkiyə və Azərbaycan arasında sərnişin axınını artırmaq istəyir
01.03.2018 [11:10] - Türk dünyası-Turan
2018-ci ildə "Türk Hava Yolları" şirkəti Türkiyə və Azərbaycan arasında sərnişin axınını 20 faiz artırmaq niyyətindədir.

Bunu "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin direktoru Seyfulla İlyas deyib.

O bildirib ki, bu məqsədlə həm Türkiyənin, həm də Azərbaycanın turizm şirkətləri ilə danışıqlar aparılır. Uçuşların coğrafiyasının genişləndirilməsi məsələsi də gündəmdədir:

"Ötən illə müqayisədə 2018-ci ildə yalnız Azərbaycandan Türkiyəyə deyil, əks iqtiqamətdə də sərnişin axınının 20 faiz artacağını proqnozlaşdırırıq. Hazırda "Türk Hava Yolları" Bakıdan başqa, Gəncə və Naxçıvana da uçuşlar həyata keçirir. Biz bu istiqamətdə potensialı inkişaf etdirmək niyyətindəyik. Eyni zamanda, bu məsələ tələbatdan asılıdır".
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed