06.03.2018 [10:14] - Xəbərlər, Türk dünyası-Turan, Hərb
"Dağlıq Qarabağ münaqişəsini gözardı edə bilmərik”
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən 13-cü sammitində çıxışı zamanı deyib.
Türkiyə prezidenti çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı məsələsinə toxunub.
"Dağlıq Qarabağ münaqişəsini gözardı edə bilmərik. 20 ildən artıq davam edən danışqların heç bir nəticəsi yoxdur. ATƏT-in Minsk qrupu bu işi həll edə bilməyib. Biz bu istiqamətdə birlikdə hərəkət etməliyik. İƏT və BMT çərçivəsində bu istiqamətdə birgə tədbirləri həyata keçirə bilərik. Bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasəti məsələsini qaldırmalıyıq. Mən inanıram ki, biz bu məsələni birlikdə qaldırsaq, nəticəni də daha tez ala bilərik”.
Ərdoğan, həmçinin çıxışı zamanı Türkiyənin YPG, PKK, FETÖ və s. kimi terror təşkilatlarına qarşı mübarizə apardığını vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |