Şrift:
Gürcüstanda Qafqaz Müsəlmanları İdarəsinin şöbəsi təsis olunacaq
27.06.2012 [10:38] - Borçalı
İyunun 27-də Tbilisidə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbəsinin təsis toplantısı keçiriləcək. Toplantıda Azərbaycanın nümayəndə heyətinə QMİ sədrinin birinci müavini Salman Musayev rəhbərlik edəcək.
Tədbirdə habelə Azərbaycanın Tbilisidəki səfirliyinin və diaspor nümayəndələri iştirak edəcək.
2011-ci ilin mayında müfti Camal Paksadzenin başçılığı ilə Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması ilə bağlı münaqişəli vəziyyət yaranmışdı. Strukturun yaradılması məqsədilə respublikadakı islam icmaları və məscidlərinin fəaliyyəti üzərində nəzarət elan edilmişdi. Halbuki əvvəllər həmin səlahiyyətlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirilirdi.
Bu xəbər oxucular tərəfindən 1281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed