Şrift:
Azərbaycan boksçusu erməni rəqibini məğlub edib
27.06.2012 [11:06] - Xəbərlər, İdman
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmələr arasında boks üzrə Avropa birinciliyi davam edir. Boks Federasiyasından verilən məlumata görə, yarışın dördüncü günündə də püşkə əsasən Azərbaycan və Ermənistan idmançıları rinqə çıxmalı olublar.
70 kq çəki dərəcəsində mübarizə aparan Şamil Əliyev Koryun Papoyanı 18:12 hesabı ilə məğlub edib. Bu artıq qitə birinciliyində boksçularımızın erməni rəqibləri üzərində 4-cü qələbəsi olub. Buna qədər Elnur Şəfizadə, Məhəmmədəli Tahirov və Orxan Əliyev Ermənistan boksçularını məğlub etmişdilər.
Digər idmançılarımıza gəlincə, Cavid Quliyev (60 kq) Belarus nümayəndəsi Vitali Fyodorov üzərində 15:7 hesabı ilə qələbə qazanıb. Bu qələbə boksçumuzun 1/4 finala yolunu açıb. Təssüff ki, 75 kq çəki dərəcəsində yarışan Nicat Sadıqov Belarusun digər təmsilçisi Nikita Samtsovu üstələyə bilməyib. 1 xalla rəqibinə uduzan (12:13) boksçumuz Avropa birinciliyindən kənarda qalıb.
Ən ağır çəkili boksçumuz (80+kq) Məhəmmədəli Tahirovun da bəxtinə Belarus boksçusu düşüb. Ancaq milli komandamızın üzvü Kiril Xarlanovun öhdəsindən gələ bilib. 13:7 hesabı ilə qalib gələn həmyerlimiz yarımfinala vəsiqə qazanıb.
Bu gün Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçiriləcək. Yarışa isə iyunun 30-da yekun vurulacaq.
Bu xəbər oxucular tərəfindən 2372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed