09.03.2018 [10:06] - Gündəm, Bildiriş
“Baki Metropoliteni” QSC tornaçi peşəsi üzrə işə qəbul elan edib.
Namizəd bu sahədə az 3 illik təcrübəyə malik, 25-45 yaşlarında, peşə-ixtisas və yaxud ixtisas təhsilli tornaçılar olmalı, torna dəzgahının konstruksiyasını, ayrı-ayrı qovşaqların təyinatını bilməlidir.
Cizgiyə uyğun pəstahın seçilməsi, patronda pəstahın bərkidilməsi, hissəni emal etmək üçün kəskilərin növünün müəyyənləşdirilməsi qaydaları haqda məlumatlılıq, cizgini oxumaq qabiliyyəti olmaqla bərabər, təmizlik sinfi, dəqiqlik dərəcəsi haqda təcrübəsi, cizgi və yaxud nümunə əsasında verilmiş hissəni torna dəzgahında mexaniki emal etməyi bacarığı vacibdir. Namizədlər həmçinin müxtəlif konstruksiyalı torna dəzgahlarının konstruksiyasını və dəqiqliyə yoxlama qaydalarını, detalların qurulma, bərkidilmə və yoxlama üsullarını və emalın texnoloji ardıcıllığını, bütün növlərdən olan normal və xüsusi kəsici alətlərin quruluşunu, həndəsəsini, termiki emalı, itilənməsi və tamamlanması qaydalarını, verilmiş dəqiqliyə və emal təmizliyinə nail olma üsullarını, xüsusi tərtibatların tətbiqi şərtlərini bilməlidir.
İş rejimi saat 08:00-dan 17:00-a qədərdir. Maraqlananlar metro.gov.az saytına “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |